Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Tikinti sektorunda yerli istehsal olan məhsullara tələb artır
 
 
news Image
2016.05.27
09:30
| A A A
Tikinti sektorunda yerli istehsal olan məhsullara tələb artır
Pərviz Heydərov: “Tikinti qeyri-neft sektorunun ən hərəkətverici sahəsidir” Ramil Osmanlı: “İstənilən sahədə yerli istehsalın artması yaxşı haldır”

Müəyyən müddətdir ki, tikinti materialları bazarında aktivlik müşahidə olunur. Dolların məzənnəsinin qalxması bu növ məhsulların ölkəyə idxalını xeyli azaldıb. İndi bazarda yerli istehsal üstünlük təşkil edir. Mütəxəssislərin fikrincə, yerli istehsalın artımı xüsusi ilə məşğulluq səviyyəsinə müsbət təsir edəcək.

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, tikinti materialları bazarında aktivlik əsasən tikinti sahəsində vəziyyətlə bağlıdır: "Ümumiyyətlə, tikinti qeyri-neft sektorunun ən hərəkətverici sahəsidir. Yəni, xarici valyutanın kursunun qalxıb-düşməsinin sözügedən məsələyə təsiri ikinci dərəcəlidir. Əsas, tikintidə vəziyyətdir.

Keçən il ölkə Prezidenti ipoteka kreditləşdirilməsinə əlavə vəsait ayrılmasının zəruri olduğu və bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilməsinin vacibliyini nəyə görə qaldırdı? Çünki, hökumət qarşısına məqsəd qoyubsa ki, qeyri-neft sektorunu inkişaf etdirsin, ilk növbədə məhz tikinti canlandırılmalıdır. Bütün bunlar medalın birinci üzüdür. Medalın ikinci üzü isə ondan ibarətdir ki, bütün sahələrdə olduğu kimi, burada da keyfiyyət amili mühüm şərt təşkil edir. Yerli tikinti istehsalı məhsulları o vaxt bazarda üstünlük təşkil edə bilər ki, rəqabətqabiliyyətli olsun. Düzdür, bir sıra subyektiv amillər yerli istehsala məxsus malların bazarda üstün olmasını təşkil edə bilər. Ancaq bunlar müvəqqəti xarakter daşıyacaq. Əsas odur ki, ölkəmizdə nəinki, daxili bazarda reallaşdırıla bilən, həmçinin heç olmasa, qonşu ölkələrin bazarlarına da çıxarıla bilən tikinti materialları istehsal edə bilək. Şərt o deyil ki, bunlar çoxlu çeşiddə olsun. 2-3 çeşiddə xarici bazarlarda tikinti məhsulları sarıdan tanınsaq, bu, ölkənin bütövlükdə tikinti sektoru üçün böyük töhfə verəcək".

Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı bildirir ki, 2013-2014-cü ilin əvvəlindəki vəziyyət olsa idi, bununla bağlı optimist fikirlər söyləmək olardı: "Amma hazırda vəziyyət o qədər də ürəkaçan deyil. Yerli məhsulların bazarda xarici tikinti materiallanı üstələməsi idxalın kəskin azalması ilə əlaqədardır. Azərbayana gətirilən bu cür materiallar bilavasitə ayrı-ayrı sahibkarlar tərəfindən idxal olunur. Amma hələlik bazarda tələb yüksək olmadığına görə bu, o qədər də ciddi problem yaratmır, qiymət artımına səbəb olmur. Ancaq tədricən əvvəlki illərdən qalmış tikinti materailları satılıb qurtardıqda problemləri müşahidə edə bilərik. Yəni, idxalın azalması və yerli istehsalın artmaması qiymət artımına səbəb ola bilər. Bu problemlərin də fonunda tələbin təklifi üstələməsi ola bilər".

Ekspert əlavə etdi ki, istənilən sahədə yerli istehsalın artması yaxşı haldır: "Son bir neçə ildə Azərbaycanda bəzi tikinti materaillarının istehsalı yüksək xarici texnologiyalarla həyata keçirilib. Bu sahədə böyük uğurlara imza atılıb. İş yerlərinin, büdcəyə daxil olan vergilərin artırılması, rəqabətə davamlı yeri məhsulların istehsalı baxımından təqdirəlayiq hadisədir. Bunun üçün yerli istehsalı stimullaşdıracaq əlavə addımlar da atılmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs