news Image
2016.05.28
07:00
| A A A
Manatın kursu yüksələcək
Cavid Əzimov: “Əsas məsələ manatla pul kütləsinin artırılmasıdır” Fuad İbrahimov: “İqtisadiyyatın və milli valyutanın stimullaşdırılmasına səbəb olacaq”

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 5%-nin milli valyutaya yatırılması tövsiyə olunur. Bu, Azərbaycan Banklar Assosiasiyasının manat likvidliyinin artırılması ilə bağlı hökumətə təqdim etdiyi təkliflər zərfində əks olunan tövsiyələrdən biridir. Bunu Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib.

İqtisadçı-ekspert Cavid Əzimov isə hesab edir ki, ARDNF-in aktivlərinin 5%-ni manata yatırmasının heç bir əhəmiyyəti yoxdur: "Hazırda da ARDNF-in 300 milyon manatdan çox manatla vəsaiti yaranıb. Bu qərarın maliyyə bazarlarında hər hansı bir aktivlik yaradacağı mümkün deyil. Azərbaycan Mərkəzi Bankının (AMB) kifayət qədər manatı var. ARDNF onsuz da hərracda banklara sata bilmədiyi valyutanı AMB-ə satıb manatı büdcəyə köçürür. Əsas məsələ manatla pul kütləsinin artırılmasıdır. Bu isə birbaşa manatın dollara qarşı məzənnəsində stabilliyə bağlıdır".

Digər iqtisadçı-ekspert Fuad İbrahimov isə hesab edir ki, bu addım milli valyutanın kursunun yüksəlməsini stimullaşdıracaq: "Amma ARDNF daim vəsaitlərini risklərdən uzaq olan aktivlərə yatırmağa çalışır. Onu da nəzər almaq lazımdır ki, bir vaxtlar ARDNF rubl və lirə də vəsaitlər saxlayırdı. Hansı ki, bunu özü də təhlükəli idi. Bu baxımdan əgər vəsaitlər rublda saxlanılıbsa, manatda da saxlanıla bilər. Riskli olsa da, iqtisadiyyatın və milli valyutanın stimullaşdırılmasına istiqamət verəcək. Yəni, təklifə daha çox pozitiv yöndən baxmaq olar.

İndiki vəziyyət elədir ki, optimal qərar vermək çətindir. Vəziyyətdən çıxış kompleks tədbirlər tələb edir. Bu qərar manatı və iqtisadiyyatı stimulladırsa da, istədiyimizə tam nail ola bilməyəcəyik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs