Əlaqə Arxiv
news Image
2016.05.28
18:00
| A A A
Neftimiz ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 50,87 dollar/barel təşkil edib ki, bu da mayın 26-na olan göstəricidən 0,44 dollar/barel azdır. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.


"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 50,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel azdır.


Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 27-də 46,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel azdır.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti mayın 27-də 49,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel azdır.

Sizin Reklam Yeriniz