Əlaqə Arxiv
news Image
2016.05.31
16:45
| A A A
"Günəşli"də daha bir quyu istismara verilib

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 11 nömrəli dərin dəniz özülündə 168 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.


Movqe.az SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, sutkalıq 55 ton neft və 23 500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.


Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Sizin Reklam Yeriniz