Əlaqə Arxiv
news Image
2016.06.01
08:00
| A A A
Kənd təsərrüfatı məhsullarının qiymət problemi
Ruslan Atakişiyev: “Sahədən çıxış qiyməti ilə son bazar qiyməti arasında belə fərqin olması aradakı insanların çox olmasından irəli gəlir” Çingiz Fərəcov: “Çox zaman məhsul maya dəyərindən 2-3 dəfə artıq qiymətə satıldığını müşahidə edirik”

Azərbaycanda hələ də kənd təsərrüfatı məhsullarının sahədən satış qiymətləri ilə son istehlak qiymətləri arasında ciddi fərq mövcuddur. Bu fərqin hətta 3-4 dəfəyə qədər qalxdığı məhsullar var. Eyni zamanda xüsusi ilə də aprel-may aylarında bazarda qiymətlərin kəskin bahalaşdığı müşahidə edilir. Mütəxəssislər buna səbəb kimi alverçiləri göstərirlər.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, qanunvercilikdə də istehlakçıların çaşdırlmasına, süni qiymət artmına yolverilməzliyi öz əksini tapıb: "Sahədən çıxış qiyməti ilə son bazar qiyməti arasında belə fərqin olması aradakı insanların çox olmasından irəli gəlir. Ancaq istehsalçı ilə istehlakçının birbaşa əlaqəsi formalaşdırmalıdır. Aradakı insanların sayı çoxaldıqca, məhsulun qiyməti də şişir.

Bazar iqtisadiyyatında ədalətli qiymət prinsipi istehlakçının maksimum verə biləcəyi pul ilə istehsalçının məksimum ucuz sata biləcəyi pul arasında kəsişmə nöqtədir. Buna bazar qiyməti deyilir. Əgər istehsalçı satış qiymətindən və istehlakçı da alış qiymətindən məmnun deyilsə, bazar prinsipi pozulur. Bazar prinsipi tələb-təklif əsasında formalaşır. Bazar qiymətinin formalaşmasına mənfi təsir edən amillər aradan qaldırılmalıdır. Aradakı vasitəçilər maksimum dərəcədə azaldılmalıdır.

İstehsalçı bazara birbaşa daxil ola bilməlidir. Bunun üçün maneələr aradan qaldırılmalıdır. Şəhər əhalisinin birbaşa istehsalçılarla görüş yerləri genişləndiriməlidir. Hazırda bu, yarmarka formasında həyata keçirilir. Lakin başqa formalarda da həyata keçirmək mümkündür. Hətta məhlələrdə kiçik bazarlar təşkil etmək olar. Nəzərə alaq ki, aradakı vatisəçilər istehsalçıdan daha çox pul qazanırlar".

Aqrar məsələlər üzrə ekspert Çingiz Fərəcov ilk olaraq qeyd etdi ki, məhsulun maya dəyəri və satış qiyməti var: "Məhsulun satış qiyməti də maya dəyərindən 20%-dən çox olmamlıdır. Lakin çox zaman məhsul maya dəyərindən 2-3 dəfə artıq qiymətə satıldığını müşahidə edirik. Bunun da səbəbləri var. Birincisi, məhsul alverçilərin əlinə düşür. Hətta bəzən bir məhsul iki-üç alverçidən sonra bazara çıxır.

Digər səbəb isə rayonlardan paytaxta məhsul gətirən maşınların bəzən qeyri-qanuni manelərə rast gəlməsidir. Sürcüdən gedən pul da nəticədə məhsulun son satış qiymətinin üstünə əlavə olunur. Eyni zamanda adətən bazarlarda, yarmarkalarda birbaşa gəlmiş istehsalçı azdır. Məhsulu elə bazarın həndəvərində alverçilər alır və oun üzərinə əlavə qiymət qoyaraq bazarda satırlar. Biz tərəvəzlə özümüzü təmin edirik. Lakin bazarda pomidorun qiymətin 1.8 manatdan aşağı düşmür. Odur ki, müvafiq dövlət qurumları bu işlə ciddi məşğul olmalıdırlar. Onlar gərək qiymətləri təhlil etsinlər. Satıcılar hazırda istədikləri qiymətə məhsul satırlar. Ona görə də bazarlar çox bahaçılıqdır. Yarmarkalarda bir nəfər də olsun istehalçı yoxdur. Satıcıların böyük əksəriyyəti alverçilərdir.

İstehsalçıya birbaşa bazara çıxması üçün şərait yaratmaq lazımdır. O zaman maya dəyərindən 2-3 dəfə yox, 20 faiz baha məhsul ala bilərik. Ümumiyyətlə, süni qiymət artımı edənlərə qarşı cərimələr tətbiq edilməlidir. Bu zaman həm istehsalçının marağı artar, həm də istehlakçılar ucuz məhsul əldə edə bilər. Çünki, adətən istehsalçı bazara daxil ola bilmədiyindən məhsulunu alverçiyə verir".

Sizin Reklam Yeriniz