Əlaqə Arxiv
news Image
2016.06.01
11:04
| A A A
Prezident İlham Əliyev Caspian Oil & Gas və Caspian Power sərgilərinin açılış mərasimində iştirak edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan Prezidenti İlham Əliyev 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində iştirak edir.


Movqe.az-ın məlumatına görə, Prezident İlham Əliyev qonaqları salamlayaraq bildirib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür: "23-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisi öz işinə başlayıb. Bu sərginin təşkilində rol oynayan bütün insanlara, qurumlara öz minnətdarlığımı bildirmək istəyirəm".


İlham Əliyev qeyd edib ki, sərginin Azərbaycanda keçirilməsi ölkəmizin ümumi inkişafı üçün çox mühüm rol oynayır: "Bildiyiniz kimi birinci sərgi 1994-cü ildə keçirilmişdir. O vaxt Azərbaycanı demək olar ki, dünyada tanımırdılar".

Sizin Reklam Yeriniz