Əlaqə Arxiv
news Image
2016.06.02
21:30
| A A A
Avropa Mərkəzi Bankı uçot dəyişməyib

Avropa Mərkəzi Bankı bu gün keçirdiyi növbəti iclasında pul-kredit siyasətinin əsas alətlərini son iki aylıq səviyyədə saxlayıb.

Movqe.az xəbər verir ki, tənzimləyici uçot dərəcəsini 0%, depozitlər üzrə faiz dərəcəsi mənfi 0,4% səviyyəsində qalıb.

Bununla yanaşı, Mərkəzi Bank tərəfindən investisiya reytinqli istiqrazların ay ərzində alışını nəzərdə tutan proqram (QE) da dəyişikliyə uğramayıb. Qeyd edək ki, martın 10-da baş tutan iclasda qəbul olunan qərara əsasən, ay ərzində alınması nəzərdə tutulan istiqrazların həcmi 60 mlrd. avrodan 80 mlrd. avroyadək artırılıb. Bu üsulla Mərkəzi Bank Avropa iqtisadiyyatını stimullaşdırmağı, inflyasiyanın azaldılmasını planlaşdırır.


Sizin Reklam Yeriniz