news Image
2016.06.03
08:00
| A A A
Dövlət istiqrazlarına böyük tələb yaranır
Vüqar Bayramov: “Vətəndaşların vəsaitlərinin dövriyyə cəlb edilməsi müsbət haldır” Məhəmməd Talıblı: “Dövlət istiqrazlara maraq tədbirlərini bir neçə halda həyata keçirir”

Son məlumatlar göstərir ki, Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifdən 5 dəfə çoxdur. Hansı ki, bu rəqəm aprel ayında 3 dəfə idi. İqtisadçılar tələbin artmını müxtəlif səbəblərlə izah edirlər. Lakin bu, vətəndaşlarda olan vəsaitlərin dövriyyə cəlb edilməsi baxımından müsbət hadisə kimi dəyərləndirilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, Maliyyə Nazirliyinin istiqrazlarına tələbin yüksək olması son zamanlar banklara inamın zəifləməsi ilə bağlıdır: "Bu gün bəzi bankların kredit reytinqi aşağı düşüb. Bu baxımdan da insanlar pullarını evlərdə, banklarda yox, istiqrazlarda saxlamağa üstünlük verirlər. İstiqrazlar dövlət zəmanətli olduğu üçün bu, onlara tələbin artmasına gətirib çıxarıb.

İstiqrazlara tələbin yüksəlməsi müsbət haldır. Eyni zamanda hökumət çalışmalıdır ki, istiqrazlara daha çox tələbin formalaşdırılmasına nail olsun. Çünki, tələbin gələcəkdə qarşılanması ilə bağlı çətinliklər olmayacaq. Lakin nəzərə alaq ki, ilk vaxtlar tələbin yüksək olmasına baxmayaraq, sonrada tələbin azalması mümkündür. Ona görə də tələbin dayanıqlı olmasını təmin etmək lazımdır. Hökumət heç bir halda istehlakçı tərəfdən arxayın olmamalıdır. Sadəcə, istiqrazların dövriyyə buraxılması yox, həm də istiqrazlarla bağlı məlumatlılığın və dayanıqlığın artırılmasına çalışmalıdır".

İqtisadçının fikrincə, vətəndaşların vəsaitlərinin dövriyyə cəlb edilməsi müsbət haldır: "Ancaq eyni zamanda həmin əmanətin istənilən zaman geri qaytarılmasına da zəmanət olmalıdır. Vətəndaş buna tam olaraq inanarsa, bu, pulların evlərdə saxlanılmasına yox, istiqrazların alınması istiqamətində xərclənməsinə gətirib çıxaracaq. Vəsaitin də real sektora yönəldilməsi real sektorun canlandırılması baxımından vacibdir. O baxımdan hökumət artan tələbin qorunub saxlanılması istiqamətində xüsusən maarifləndirmə və məlumatlandırma işlərini davam etdirməlidir".

Digər iqtisadçı-ekspert Məhəmməd Talıblı bildirir ki, dövlət istiqrazlara maraq tədbirlərini bir neçə halda həyata keçirir: "Onlardan biri dövlət büdcəsinin kəsr həddinin böyüməsidir. Bu zaman dövlət vətəndaşları istiqrazla təmin etməyə çalışır. Əvəzində isə büdcə kəsrinin bağlanmasını həyata keçirə bilir. Ölkədə özəlləşmə prosesi həyata keçirilirsə, bu dövrdə vətəndaşların mülkiyyətçiyə çevrilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Onlardan biri də istiqrazlardan istifadədir. Nəzərə alaq ki, ölkənin maliyyə vəsaitləri əsasən bir neçə sosial qruplarda cəmləşir. Biri dövlətdirsə, digərləri şirkətlər, biznes və əhalinin gəlirləridir. Əgər dövlətin maliyyə resursları azalırsa, biznesin resurslarının idarə olunması üçün təşviq proqramı həyata keçirilməlidir. Yaxud da özəl şirkətlər vəsait qıtlığı ilə qarşılaşırsa, bu zaman əhali gəlirlərini müəyyən təşviqlərlə prosesə cəlb etməlidir. Əhalinin gəlirləri müxtəlif depozitlər, əmanət yığımı formasında banklara cəlb oluna bilər. Digər tərəfdən stimul tədbirləri vasitəsi ilə əhalinin gəlirlərinin bir qisminin dövlətə verməsini təmin edə bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs