news Image
2016.06.04
09:30
| A A A
Azərbaycan «mavi yanacaq» satışından daha çox gəlir əldə edəcək
Zəfər Vəliyev: «Mərhələ-2» layihəsindən hasil olunan qazın Gürcüstan və Türkiyə üzərindən Avropaya ixracı ölkəmizin və «köhnə dünya»nın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm hadisədir»

Avropa və Türkiyə Azərbaycandan daha çox qaz almaq istəyini dəfələrlə bəyan ediblər. SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə bildirir ki, Azərbaycanın təbii qaz hasilatını illik 40 milyard kubmetrə çatdırmaq imkanı var.

Belə vəziyyətdə gözləmək olarmı ki, Azərbaycan Avropa və Türkiyəyə daha çox qaz satsın? Bunun baş verməsi ölkə iqtisadiyyatına nə vəd edir?

Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev indiki situasiyada hələlik Azərbaycanın Avropa və Türkiyəyə daha çox qaz satmaq imkanlarının məhdud olduğunu söylədi: "Türkiyənin qaz portfelində Azərbaycan qazının iştirak payını artırmaq ölkəmizə ancaq 2018-ci ildən sonra müyəssər olacaq. Hazırda Türkiyənin mavi yanacağa olan illik tələbatı 42 milyard kubmetrdən yuxarıdır. Onun da 28 milyard kubmetri birbaşa Rusiya qaz kəmərinin payına düşür.

Hazırda "Şahdəniz" qaz kondensat yatağında sutkalıq qaz hasilatı 30 milyon kubmetrdir. Qonşu İranda sutkalıq qaz hasilatı is hazırda 730 milyon kubmetri keçib. Bu ölkədə mövcud infrastrukturun yenidən qurulması və yeni ixrac kəmərlərinin istifadəyə verilməsi fonunda yaxın 5 ildən sonra sutkalıq qaz hasilatı 1 milyard kubmetrdən çox olacaq. Rusiyada sutkalıq qaz hasilatı indi 1,3 milyard kubmetr civarındadır.

Təbii ki, Azərbaycanın həyata keçirdiyi "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində "Şahdəniz" Qaz Kondensat yatağındakı "Mərhələ-2" layihəsindən hasil olunan qazın Gürcüstan və Türkiyə üzərindən Avropaya ixracı ölkəmizin və "köhnə dünya"nın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm hadisədir. Azərbaycanın həyata keçirdiyi bu layihə həm geosiyasi baxımdan əhəmiyyətlidir, həm də mənbə və ixrac kəmərlərinin şaxələndirilməsi məsələsində Xəzər regionunu Aralıq dənizi hövzəsilə birləşdirən ilk qaz kəməri layihəsidir.

Onun tam olaraq işə düşdükdən sonra Xəzər regionu ilə Aralıq dənizinin enerji bazarları arasında birbaşa əlavə formalaşacaq.

Azərbaycanın "Şahdəniz" yatağından hasil olunacaq qazın "Mərhələ-2" layihəsi üzrə Avropa bazarlarına çıxarılması gələcəkdə ölkəmizə iqtisadi mənfəət vəd edir. Ancaq bəri başdan deyirəm ki, həmin layihə olduqca bahalıdır.

Dünya bazarında qazla neftin qiyməti arasında böyük fərqlər də var. 2014-cü ildə beynəlxalq bazarda neftin yüksək qiymətinin olduğu dövrdə "qara qızıl"ın 1 tonunun qiyməti 730-740 dollardan yuxarı olsa da, min kubmetr qazın qiyməti isə 380 dollardan çox olmayıb".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs