Əlaqə Arxiv
news Image
2016.06.05
14:00
| A A A
Türkiyə şirkəti İranda 7 elektrik stansiyası tikəcək

Türkiyənin "Unit İnternational" enerji şirkəti İranda yeddi qaz elektrik stansiyasının tikintisinə dair İranın energetika nazirliyi ilə təxminən 4,2 milyard dollar dəyərində olan saziş imzalayıb.

Movqe.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata əsasən, stansiyalar İranın 7 müxtəlif regionunda tikiləcək. Onların ümumi gücü 6,020 MVT təşkil edəcək. Saziş İranın paytaxtı Tehranda iyunun 1-də imzalanıb.

Şirkətin sahibi Ünal Aysalın sözlərinə görə, stansiyalar İranın enerji tələbatının 10%-ı ödəyəcək. Onların tikintisinə 2017-ci ilin birinci rübündə başlanılacaq.

Sizin Reklam Yeriniz