Əlaqə Arxiv
news Image
2016.06.06
15:22
| A A A
SOCAR may ayı üzrə qazma işlərinin həcmini açıqladı

2016-cı ilin may ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10453 metr qazma işi həyata keçirilib. Movqe.az-ın SOCAR-ın saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 10184 metri istismara, 269 metri isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-may aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 42493 metr qazma işi görülüb ki, bunun da 42224 metri istismara, 269 metri isə kəşfiyyata aid olub.Bundan əlavə, may ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 19 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Sizin Reklam Yeriniz