news Image
2016.06.08
17:32
| A A A
BTC ilə 2,6 milyon ton Azərbaycan nefti nəql olundu

2016-cı ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 625 235 ton Azərbaycan nefti nəql olunub.


Movqe.az SOCAR-ın saytına istinadən məlumat verir ki, cari ilin yanvar-may aylarında bu kəmərlə 12 440 802 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il iyunun 1-dək BTC-yə 305 116 191 ton neft vurulub.


Bundan başqa, 2016-cı ilin mayında BTC kəməri ilə 404 436 ton Türkmənistan nefti nəql olunub.


Həmçinin 2016-cı ilin may ayı ərzində 2 562 488 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 558 661 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 651 407 ton təşkil edib.


Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il iyunun 1-dək Ceyhan limanından 303 845 179 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs