news Image
2016.06.09
16:40
| A A A
Neftin qiymətinin artması Azərbaycanın istiqrazlarını bahalaşdırır

 Dünya bazarında neftin bahalaşması Azərbaycanın dövlət istiqrazlarına müsbət təsir edib.

 

Movqe.az xəbər verir ki, Azərbaycanın istiqrazları 0,8 bənd irəliləyib.

 

Azərbaycanla yanaşı, Rusiya və Qazaxıstanın istiqrazları da dəyər qazanıb. Şimal qonşumuzun qiymətli kağızları 0,8-1,4  bənd dəyər qazandığı halda, Xəzərin o biri tayındakı qonşumuzun istiqrazları 0,3-0,6 irəliləyib.

 

Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, ölkədə kommersiya neft ehtiyatları 3,2 mln. barrel azalıb. Halbuki, ekspertlər kommersiya ehtiyatlarının 2,5 mln. azalacağını proqnozlaşdırırdı. Statistika açıqlanandan onsuz da bahalaşmaqda olan neftin qiyməti daha da artdı. Son günlər dolların zəifləməsi nefti bahalaşdırır. Hazırda Brent markarlı neftin 1 barrelinin qiyməti 51,99 dollardır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs