Əlaqə Arxiv
news Image
2016.06.13
17:00
| A A A
Daha 3 kəndin qaz problemi həll olundu

İyunun 13-də Goranboy və Cəlilabad rayonlarının daha üç kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.


Movqe.az-ın SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Goranboy rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 337 abonenti olan Xınalı və Qaradağlı kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 29 628 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.


Həmin gün Cəlilabad rayonun 19 abonentlik Məşədivəlli kəndinə də ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar baş tutan mərasimdə vuğulanıb ki, qazlaşdırma işləri zamanı birpilləli sistem əsasında 1264 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sizin Reklam Yeriniz