news Image
2016.06.14
11:40
| A A A
OPEC: Neft bazarı bu ilin ikinci yarısında balansa doğru hərəkət edəcək

Qlobal neft bazarı bu ilin ikinci yarısında balansa doğru hərəkət edəcək. Movqe.az  xəbər verir ki, bu barədə kartelin aylıq icmalında deyilir.

 

OPEC hesab edir ki, bazardakı ifrat təklif yaxın rüblər ərzində azalacaq. "Artıq bu tendensiya ABŞ-ın neftin ehtiyatlarının formalaşmasının azalmasından müşahidə olunur", - deyə icmalda qeyd edilib.

 

"Bu ilin ikinci yarısında dünya üzrə neftə olan tələbat sutkada 1,2 mln. barel artaraq orta hesabla 94,18 barel/sutkada təşkil edəcək. Bununla yanaşı, ilin ikinci yarısında OPEC-ə üzv olmayan ölkələrdən neft nəqli sutkada 140 min barel azalacaq. Bundan başqa, ABŞ-da sutkalıq hasilat 150 min barel, Rusiyada isə 120 min barel enəcək. Lakin Kanadada və inkişaf etməkdə olan ölkələrdə hasilatın artması bu azalmanı qismən kompensasiya edəcək. Nəticədə ilin ikinci yarısında OPEC neftinə tələbat sutkada 32,6 mln. barel təşkil edəcək", - deyə kartelin analitikləri bildirir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs