Əlaqə Arxiv
news Image
2016.06.14
16:52
| A A A
Daha 2 kəndə qaz verilib

İyunun 14-də Salyan və Cəlilabad rayonlarının daha 2 kəndinə təbii qaz verilib.


Movqe.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Salyan rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 477 abonenti olan Çadırlı kəndinin yenidən qazlaşdırılması məqsədilə 41 933 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.


Həmin gün cəlilabadlılar üçün daha əlamətdar olub, rayonun 328 abonentlik olan Sərhədabad kəndinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə vurğulanıb ki, birpilləli sistem əsasında həyata keçirilən qazlaşdırma işləri zamanı 24 497 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Çıxış edən kənd sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sizin Reklam Yeriniz