Əlaqə Arxiv
news Image
2016.06.15
09:45
| A A A
Bankların kredit faizlərindən yenə narazılıq var
Natiq Cəfərli: “Bankların hələ də kredit fazilərini ucuzlaşdırmağa getməməsi bir sıra səbəblərlə bağlıdır” Cümşüd Nuriyev: “Müvafiq qurumlar konkret olaraq müəyəynləşdirməlidir ki, kommersiya bankları verdikləri kreditə görə 20 faizlik həddi keçməsin”

Ölkədə fəaliyyət göstərən  banklar son aylardakı fasilədən sonra tədricən də olsa kredit verilişini bərpa edirlər. Amma buna baxmayaraq, banklar yenə də əvvəlki qaydada kredit verməkdədirlər. Yəni verilən kreditə görə banklar tərəfindən alınan faizlər yüksək olaraq qalır. Proses isə onu göstərir ki, yüksək faizlər bank sektoruna hər zaman təhdid yaradıb. Bunun nəticəsidir ki, problemli kreditlerin də miqdarı artır. Belə olan halda banklar nədən faiz ucuzlaşmasına getmir? 

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bankların hələ də kredit fazilərini ucuzlaşdırmağa getməməsi bir sıra səbəblərlə bağlıdır: "Azərbaycanda kommersiya banklarının özlərinin pula çıxış imkanları məhduddur. Banklar iki-üç mənbədən maliyyə əldə edib, sonra onunla kreditləşməyə gedir. Onun da birinci mənbəsi xaricdən aldıqları kreditlərdir. Ona görə indi banklar məcburdur onlardan imtna etsin. İkinci bir mənbə isə depozitlərdir. Onlarda da faiz kifayət qədər yüksəkdir, 10-12 faiz civarındadır. Digər mənbə isə daxili borclanmadır. Mərkəzi Bankın və yaxud digər maliyyə resurslarından alınan daxili borclanmalardır. Burada da çıxış imkanları məhduddur. Belə bir şəraitdə də banklar kifayət qədər sürətlə faizləri  aşağı sala bilmirlər. Hələ də ölkədə istehlak və biznes kreditlərinin faizləri çox yüksək olaraq qalır". 

Ekspert Cümşüd Nuriyevin qənaətincə, banklar soyğunçuluqla məşğul olduqlarından faiz ucuzlaşmasına getmək indiki halda onların marağında deyil: "Azərbaycanda ölkənin pul-kredit siyasətini Mərkəzi Bank idarə edir. Gərəkdir ki, Milli Məclis bu barədə pul-kredit siyasətində dəyişiklik edə. İkincisi, Azərbaycanda bankların əksəriyyəti pul qoparmaq üçün bütün yollara əl vururlar. Hətta eyni bankdan istifadə edirsən, adıcıl pul çıxaranda 2 faiz tuturlar ki, dünyanın heç bir  ölkəsində belə bir qayda yoxdur. Yəni Azərbaycanda banklar əlavə gəlir əldə etmək üçün min cür oyundan çıxırlar. 

Müvafiq qurumlar konkret olaraq müəyəynləşdirməlidir ki, kommersiya bankları verdikləri kreditə görə 20 faizlik həddi keçməsin. Amma ölkədə banklar faizləri 30-48 faizə çatdırıblar".


Sizin Reklam Yeriniz