Əlaqə Arxiv
news Image
2016.06.17
13:17
| A A A
Fikrət Yusifov: chr("39")chr("39")Banklar çökür, bu çox təhlükəlidir...chr("39")chr("39")
Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatların təhlili göstərir ki, bank sistemindəki durum getdikcə ağırlaşır. Bankların demək olar ki, hamısı bu gün problemli kreditlərlə üz-üzə qalıblar.

Mərkəzi Bankın rəsmi statistikası da problemli kreditlərin həcminin getdikcə artdığını təsdiqləyir. Bir qədər öncə bank islahatlarına onların konsolidasiya edilməsi yolu ilə start verilsə də indi bu prosses  tamamilə dayandırılıb. Banklar zaman-zaman müştərilərə xarici valyutada verdikləri kreditlərin əsirinə çevriliblər. Bu gün müştərilərə verilən 18,7 milyard manat kreditlərin 9,0  milyard manatı və ya 48,2%-i xarici valyutadadır. Banklarda 22,5 milyard manat əmanət var ki, bunun da 81%-i, yəni 18,2 milyard manatı xarici valyutada cəlb edilmiş əmanətlərdir. Bankların cəlb etdikləri əmanət və verdikləri kredit portfelində xarici valyutada olan əmanətlərin və kreditlərin xüsusi çəkisi 66% və ya onun 2/3-si qədərdir. Bu durum kifayət qədər ciddidir və problemin kökü ilk növbədə xarici valyutada verilən kreditlərin qaytarılmasına söykənib ki, bu sahədə də vəziyyət getdikcə ağırlaşır. 


Bu günlərdə Mərkəzi Bank kommersiya banklarına dəstək məqsədilə depozit auksionu keçirib və nəticədə 6,49%-lə banklardan 129 milyon manat vəsaiti depozit şəkilində qəbul edib. Kimlərsə bunu az qala Mərkəzi Bankın yaranmış durumda inqilab etməsi kimi dəyərləndirsə də əslində bu addım mövcud problemin həllinə heç bir kömək edə bilməz. Mərkəzi Bankın depozit cəlb etməsi nə deməkdir? Əslində banklar bu depozitə özlərinin sərbəst olan vəsaitlərini yerləşdirə bilərlər. Bu gün banklarda sərbəst vəsait varmı? Dövriyyədə olan nağd pul kütləsinin ən minimal bir həddə olduğu, verilən kreditlərin geri qaytarılması sahəsində ciddi problemlər yaşandığı, bəzi banklarda problemli kreditlərin onların ümumi kredit qoyluşunda 50%-i ötdüyü bir durumda hansı sərbəst vəsaitlərdən söhbət gedə bilər? Digər tərəfdən, gəlin banklarda yaranmış mövcud problemlərin və Mərkəzi Bankın cəlb etdiyi depozitlərin ölçülərini müqayisə edək? Öncə demək  lazımdır ki, MB-nın cəlb etdiyi depozitlərin müddəti bilinmir. Başqa ölkələrin təcürbəsi isə göstərir ki, bu yolla vəsaitlər adətən çox qısa bir müddətə cəlb edilirlər və bu müddət bəzən günlərlə ölçülür. Hesab edək ki, Mərkəzi Bank bu depozitləri 3 ay müddətinə cəlb edib. Üç ay müddətində 129 milyon manat depozit 6,49%-lə banklara nə qədər divident gətirə bilər? Ən yaxşı halda bu iki milyon manatdan bir qədər artıq olan bir rəqəmi keçmir. İndi gəlin bu rəqəmləri müqayisə edək: - banklarda olan 22,5 milyard manat əmanət, 18,7 milyard manat kredit portfeli və onların Mərkəzi Banka yerləşdirdikləri 129 milyon manat depozitdən qazanacaqları 2 milyon manat! Gülməli müqayisədir deyilmi? Odur ki, Mərkəzi Bankın bu addımını bank sisteminin xilası kimi dəyərləndirmək absurddur. Əslində Mərkəzi Bankın bu əməliyyatı keçirməkdə məqsədi başqadır. Əslində Mərkəzi Bank İlk dəfə keçirilən bu auksion vasitəsilə daha çox banklarda olan sərbəst manat kütləsi vasitəsilə valyuta bazarına ola biləcək təziqi neytrallaşdırmağın yollarını arayır. Bu yollardan biri də sərbəst vəsaiti olan, lakin onu yaranmış böhran şəraitində kredit şəkilində müştərilərə verməkdən ehtiyatlanan banklardan həmin vəsaitləri cəlb etməklə dövriyyədə olan manat kütləsini azaltmaqdır.  Bununla da Mərkəzi Bank valyuta bazarına olan təziqi neytrallaşdırmış olur. Çünki banklar mövcud durumda sərbəst manat vəsaiti yaranan kimi öz valyuta öhdəliklərinin icrası və mümkün devalivasiya risklərindən sığortalanmaq üçün həmin manat vəsaitlərini xarici valyutaya çevirirlər.  Bu yol sadəcə olaraq valyuta bazarına təziqi neytrallaşdırmaq üçün Mərkəzi Bankın əlində olan rıçaqlardan biridir. Odur ki, bank sistemində yaranmış ciddi böhranın qarşısının  alınmasının başqa yollarını axtarmaq lazımdır. Bu yolu biz    dəfələrlə göstərmişik və bir daha da göstəririk. Yaranmış vəziyyətdə Mərkəzi Bank müqabil şərtlərlə uznmüddətli daxili borclanmaya getməli və bu yolla da ilk növbədə bankların xarici valyutada verdikləri kreditlərin iki devalivasiyadan sonra yaranan məzənnə fərqi problemini çözməlidir. Çünkü bu gün bank sisteminin problemlərinin kökündə dayanan bir nömrəli məsələ budur. Bu addım bankları tədricən düşdükləri bataqlıqdan xilas edə bilər. Onların çökməsi çox təhlükəlidir və bu iqtisadiyyatımız üçün ciddi zərbə demək olardı... 



Sizin Reklam Yeriniz