Əlaqə Arxiv
news Image
2016.06.20
10:15
| A A A
ARDNF yeni investisiya təkliflərini dəyərləndirir

Hal-hazırda əsas məqsəd Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin hazırkı maliyyə bölgüsü çərçivəsində yeni investisiya təkliflərinin dəyərləndirilməsi və potensial investisiya istiqamətlərinin müəyyən edilməsidir.


Bu barədə fonddan bildirilib.


"Məlum olduğu kimi, ARDNF-in investisiya siyasətinin əsas məqsədi risklərin minimum yol verilə bilinən həddində gəlirliliyin artırılmasına yönəlmiş investisiya portfelinin qurulmasıdır. Bildiyiniz kimi, bu istiqamətdə, 2012-ci ildən etibarən investisiya portfelinə səhmlər (özəl səhmlər daxil olmaqla), daşınmaz əmlak, qızıl kimi maliyyə alətləri əlavə edilmiş və hazırkı investisiya siyasətinə əsasən onların çəkisi ümumilikdə portfelin 30%-ə qədərini təşkil edə bilər", - deyə məlumatda vurğulanıb./apa/


Sizin Reklam Yeriniz