Əlaqə Arxiv
news Image
2016.06.22
09:15
| A A A
Azərbaycana turist axınını çoxaldacaq daha bir vacib addım
“Həmin sistemin tətbiqi turizmin təşviqi ölkəyə turist cəlb olunması baxımından pozitiv addımdır”

Azərbaycan Vergilər Nazirliyi ölkə ərazisində ilk dəfə "Tax free" vergi sisteminin tətbiqinə başlayıb. "Tax free" vergi sistemində satış prosesində alış həyata keçirən turistin özünə qaytarılır. Qaytarılan məbləğin həcmi isə alınan malın dəyərinin 7-22 faizinə bərabərdir və ƏDV-nin həcmindən asılıdır.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, "Tax free"nin tətbiqi turizmin təşviqi baxımından əhəmiyyətlidir: "Tax free" vergi sistemi dünya ölkələrində çoxdan tətbiq olunmuş bir sistemdir. Azərbaycana gəldikdə, bu sistem ölkəmizdə qanunvericilik formasında çoxdan nəzərdə tutulub. Amma faktiki olaraq, bu istiqamətdə işlər getsə də, həmin sistem bu günə qədər ölkəmizdə tətbiq olunmurdu. Bundan sonra həmin sistemin tətbiq olunması təbii ki, turist cəlb etmək nöqteyi-nəzərindən pozitiv addımdır.

Bütün hallarda həmin sistemin tətbiqi turizmin təşviqi, ölkəyə turist cəlb olunması baxımından müəyyən dərəcədə pozitiv addımdır. Sadəcə, onun tətbiqi prosesində elə mexanizmlər işlənib hazırlanmalıdır ki, gecikmə olmadan, turistləri incitmədən, növbələr yaratmadan sərhəddə, şəhərin müxtəlif məntəqələrində həmin xidmət uğurla həyata keçirilə bilsin. Yaxşı olardı ki, dünyanın bir çox şəhərlərində olduğu kimi ölkəmizdə də hava alanında, yaxud sərhəddə deyil, şəhərin mərkəzində bir neçə belə məntəqələr fəaliyyət göstərin. Yəni, hava alanına getmədən də turistlər şəhərdəki belə "Tax free" sistemindən istifadə etməklə sərhəd məntəqələrində növbələrdə qalmasınlar. Yəni prosesin texniki cəhətdən təşkili məsələsinə diqqət yetirmək lazımdır ki, gələn turistlər də narazı qalmasın".

Digər ekspert Yaşar Əsədov bildirdi ki, "Tax free" sistemi turistlərin ölkəmizdə daha çox pul xərcləmələrinə şərait yaradacaq: "Bu, Azərbaycana təşrif buyuran turistlərin ölkəmizdə daha çox alver edərək daha çox pul xərcləmələrinə təsir göstərə bilər. Bu metod dünyada artıq çoxdan sınanılıb. Ola bilsin, dolayısı ilə həmin addım Azərbaycana turistlərin gəlişini də artırsın.

Əslində, həmin sistem adətən ölkəyə gələn turistlərin daxili bazarda daha çox mal almasını sövq edən bir metoddur. Həmin qanunun ölkəmizdə işləməsi üçün alıcıya kassa çeki verilməlidir. Görünür ki, "Tax free" sisteminin həyata keçirilməsilə bağlı kassa aparatları artıq ölkənin bütün ərazilərini əhatə edəcək".

Sizin Reklam Yeriniz