news Image
2016.06.23
21:30
| A A A
Rövnəq Abdullayev: "Neftin qiyməti 60 dollaradək bahalaşacaq"

"İlin sonuna qədər neftin qiyməti 60 dollaradək bahalaşacaq". Bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib. "Neftin qiymətində artım dinamikası nümayiş olunur. Neftin qiyməti artıq dibi görüb. Neftin qiyməti hətta 50 dollar olduğu halda, bu, investisiyayönümlü qiymət deyil. Son iki il ərzində böyük neft şirkətləri yüzlərlə milyard dollarlıq investisiyaları, bir çox layihələrini saxlayıblar", - deyə R.Abdullayev bildirib.

Dövlət şirkətinin rəhbəri əlavə edib ki, neftin 1 barelinin investisiyayönümlü qiyməti 60-70 dollardır. "Mənim proqnozuma görə, ilin sonunadək neftin qiyməti 60 dollaradək bahalaşacaq. Lakin neft sənayesinə böyük investisiyaların yatırılması üçün bu da kifayət deyil", - deyə R.Abdullayev qeyd edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs