Əlaqə Arxiv
news Image
2016.06.25
07:00
| A A A
Dolların dəyərinin şişirdildiyi üzə çıxdı
Ekspert: «Hazırda ABŞ-ın maliyyə vəziyyəti həddən artıq ağırdır»

Dolların məzənnə baxımdan artması son günlər yenə ciddi müzakirə mövzusudur. Belə ki, hətta Azərbaycan manatına nisbətən dolların mövqeyi yüksəlir. Halbuki, bu artım çox cüzi şəkildədir. Bunu manatla dolların nisbətində də görmək olar. Neftin qiymətinə gəldikdə son günlər stabil olaraq onun da bahalaşması tendensiyası davam edir. Artıq neftin qiyməti 50 dollarlıq baryeri də keçib. İndi neftin bahalaşması, ABŞ-ın faiz dərəcəsini artırması fonunda dolların kəskin ucuzlaşması mümkündürmü? Bu gözlənilə bilərmi?

Digər tərəfdən nəzəər alaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqard dollarla bağıl çox maraqlı açıqlamalar verib. O bildirib ki, dolların dəyəri şişirdilib: "2015-ci il ərzində dollar təxminən 10% bahalaşıb. Bizim modelə görə, bu, o deməkdir ki, ABŞ valyutasına qiymətindən 10-20% çox dəyər verilib".

BVF başçısının fikrincə, baş verənlər investorların "təhlükəsizliyə qaçışı", həmçinin neftin yüksək qiymətləri ilə bağlıdır. Laqard hesab edir ki, güclü dollar isə ABŞ-dan ixracı digər ölkələrlə müqayisədə daha az rəqabətqabiliyyətli edir.

Bu durumda iqtisadçı ekspert Yaşar Əsədovun fikrincə, Böyük Britaniyada baş tutan referendumdan sonra indiki halda dolların kəskin ucuzlaşa biləcəyindən danışmaq tezdir. Əksinə, hazırda dollar daha da möhkəmlənir: "İndiki situasiyada dolların əksinə, bir qədər də bahalaşması gözləniləndir. Dünyanın bilirsiniz ki, ən stabil valyutalarından biri funt-sterlinqdir. Hansı ki, indi onun kursu kəskin aşağı düşür. Funt-sterlinq dollara nəzərən ucuzlaşır. Düzdür, bu, Böyük Britaniyaın Avropa İttifaqından çıxmaqla bağlı keçirilən referendumla bağlı olaraq baş verdi. Anoloji olaraq avro da dollar qarşısında dəyər itirir. Deməli, hazırda faktiki olaraq dollar bahalaşır. Neft dollarla alınıb satıldığından bu fonda "qara qızıl"ın qiyməti də aşağı düşməlidir. Axı, baha dolların alıcılıq qabiliyyəti daha yüksəkdir. Hamısı bir-birinə bağlı proseslərdir. Dollar bahalaşırsa, neftin qiyməti düşməlidir və yaxud əksinə dollar ucuzlaşanda neft bahalaşır. Əvvəllər neft düşəndə qızılın qiyməti qalxırdı. Indi neftin qiyməti 35 dollardan 50-yə qədər bahalaşıb. Amma eyni zamanda qızıl da bahalaşıb. Lakin o da var ki, hazırda ABŞ-ın maliyyə vəziyyəti həddən artıq ağırdır.

Proseslər də ondan xəbər verir ki, ABŞ-ın vəziyyəti getdikcə də ağırlaşır. Onun 19 trilyon dollarlıq xarici borcu var. Bu da ABŞ-ın özü üçün çox ağır yükdür. Çünki ölkənin ümumi daxili məhsulu haradasa 17 trilyon dollardır. Deməli, xarici borcu ümumi daxili məhsuldan da çoxdur. Dolların bahalaşması ilə də həmin borcun dəyəri bahalaşır. Bu fonda Amerikanın həm yaranmış borcu qaytarması, həm də borc faizlərinə xidmət etmək bir qədər də çətinləşir. Təsadüfi deyil ki, Federal Ehtiyat Sistemi (FES) son zamanlar uçot dərəcəsi məsələsində ciddi tərəddüd edir. Prinsip etibarı ilə uçot dərəcəsinin qaldırılması dolları bahalaşdırmalıdır. Ancaq Böyük Britaniyadakı referendumdan sonra dollar öz-özünə bahalaşır. Bu səbəbdən FES uçot dərəcəsini qaldıra bilmir.

Uçot dərəcəsinin qaldırılmaması da o deməkdir ki, dollar havayı olaraq borc kimi verilir. 1929-1933-cü illər depressiyasından çıxmaq üçün İkinci Dünya Müharibəsi başlanıldı. Burada çalışdılar ki, Avropa və Asiya ölkələrinin iqtisadiyyatı tamamilə dağılsın ki, ABŞ iqtisadiyyatı depressiyadan çıxaraq dirçəlsin. Prinsip etibarı ilə anoloji kombinasiya indi də oynanılır. Asiya, Avropa dağılır. Azad kapital isə belə hadisələri xoşlamır, investisiya münaqişəli regiondan qaçır. Bu fonda hesab olunur ki, indi Amerika investisiya yatırmaq üçün ən etibarlı "limandır".

Sizin Reklam Yeriniz