Əlaqə Arxiv
news Image
2016.06.28
14:17
| A A A
200 və 2000 rubl dəyərində yeni əsginaslar buraxılacaq

Rusiyanın Mərkəzi Bankı iyunun 28-dən 200 və 2000 rubl dəyərində olan yeni əsginaslar üçün simvolların seçimi üzrə ümumrusiya kampaniyasına başlayıb.Movqe.az xəbər verir ki, bu barədə bankın sədri Elvira Nabiullina bildirib.


O deyib ki, ənənəyə əsasən, Rusiyanın müasir əsginaslarında şəhərlərin və məşhur abidələrin görüntüləri istifadə edilir. Bu dəfə də əsginaslarda iki şəhərdən və Rusiyanın tarixini, mədəniyyətini, texniki nailiyyətlərini və təbii sərvətlərini təsvir edən simvollardan istifadə olunacaq.


İstənilən insan ümumrusiya kampaniyası çərçivəsində təqdim olunan portala öz təkliflərini göndərə bilər. Əsginasların buraxılışı isə 2017-ci ilə planlaşdırılır./trend/

Sizin Reklam Yeriniz