Əlaqə Arxiv
news Image
2016.06.29
15:35
| A A A
“Azneft” İB yataqların virtual modelini yaradacaq

İnformasiya texnologiyalarının dinamik inkişaf etdiyi bir dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sektorunun da elektronlaşdırılması istiqamətində mühüm addımlar atılır. Movqe.az SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyi tərəfindən yataqların virtual modelinin qurulması üçün SCADA sisteminin yaradılması planlaşdırılır.


SCADA sisteminin yaradılması ilə yataqların istismarı, hasil olunan neft-qazın emalı, saxlanılması, nəqli və aparılan texnoloji proseslərin vizuallaşdırılması həyata keçiriləcək. Eyni zamanda, bu sistemlə baş verə biləcək risklərin azaldılması üçün proseslərə fasiləsiz nəzarət və məsafədən idarəetmə mümkün olacaqdır. Sistemin tətbiqi xərclərin azaldılması və istehsalın artımına da kömək edəcəkdir. SCADA sisteminin pilot layihə kimi ilk olaraq "28 May" NQÇİ-də tətbiq edilməsi nəzərdə tutulur. Burada vahid dispetçer nəzarət-idarəetməsi və məlumatların toplanması mərkəzi yaradılacaq. Gələcəkdə isə bu sistem Birliyin bütün idarələrində tətbiq olunacaq və məlumatlar iyerarxik olaraq üstə - "Azneft" İstehsalat Birliyinin idarəetmə aparatının dispetçer məntəqəsinə ötürüləcəkdir.

Sizin Reklam Yeriniz