Əlaqə Arxiv
news Image
2016.06.30
08:00
| A A A
Bank kartlarına maraq azalır
Ruslan Atakişiyev: “İnsanlar faiz ödəniləcək maliyyə məliyyatlarından uzaq durmağa çalışırlar” Afiq Ağaquliyev: “Banklar kredit kartı siyasətini yeniləyir”

Azərbaycanda kredit kartlarının sayı azalmaqdadır. Mərkəzi Bankın açıqladığı hesabata görə, 2016-cı ilin aprel ayı üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 31 min ədəd azalaraq 5 milyon 403 min ədəd təşkil edib. 2015-ci ilin sonu ilə müqayisədə bu göstərici 256 min ədəd azalıb. Kredit kartlarının sayı bir ay ərzində 32 min ədəd azalaraq, 2016-cı ilin may ayının 1-ə olan statistikaya görə 748 min ədəd təşkil edib. Ümumilikdə ilin əvvəlindən kredit kartlarının sayı 61 min ədəd azalıb.

Mütəxəssislər bu azalmanı müxtəlif səbəblərlə izah edirlər. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, ölkə üzrə ödəniş kartlarının ümumi sayı 2016-cı ilin may ayı üçün 5 milyon 403 min ədəd olub: "2015-ci ilin aynvar ayında isə bu rəqəm 6 milyon 18 min idi. Lakin 2015-ci ilin yanvar ayında sosial kartların sayı 2441 olduğu halda 2016-cı ildə bu rəqəm 2442 olub. Yəni, sayında ciddi dəyişiklik baş verməyib. Əmək haqları katlarının sayında isə artım baş verib. 2015-ci ilin yanvar ayında ölkədə 1 milyon 438 min əmək haqqı kartı olduğu halda 2016-cı ilin may ayında bu kartların sayı 1 milyon 481 min ədəd olub. Ancaq daha çox azalma kredit kartlarının sayında müşahidə edilir.

Ötən ilin başlanğıcında ölkə üzrə 1 milyon 322 min kredit kartları olduğu halda 2016-cı ilin may ayında bu rəqəm 748 min-ə qədər aşağı düşüb. Yəni, təxminən 2 dəfə azalma olub. Bu azalmanın da bir neçə səbəbi ola bilər. Məsələn, son dörvlər bank sektorunda vəziyyət, devalvasiya təsirindən maliyyə sektorndakı məlum hadisələr səbəbindən insanlar daha çox ehtiyatlı davranmağa başlayıblar. Faiz ödəniləcək maliyyə məliyyatlarından uzaq durmağa çalışırlar. Bunun da nəticəsində kredit kartlarının sayı azalıb. Eyni zamanda bankların özləri də risklərin azaldılması istiqamətində ciddi fəaliyyət göstərir".

Digər iqtisadçı-ekspert Afiq Ağaquliyev bildirdi ki, bank-taksit kartları əhali üçün ticarət mərkəzlərində alış-veriş etmək üçün ən yaxşı vasitədir: "Banklar bu tip kartlardan istifadəni genişləndirmək niyyətindədir. Amma bazar iqtisadiyyatında baş verən xoşagəlməz hallar ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarın nağd satışa üstünlük verməsinə səbəb olur. Bəzi taksit kart sahibləri isə geri ödəniş edə bilmirlər.

Sahibkar kartla satış edir və bir müddət sonra bankdan pulunu alır. Amma banklar taksit kreditində olan borcları əhalidən toplaya bilmirlər". Ekspert əlavə etdi ki, taksit kartları istehlak yönümlü kredit növü hesab edildiyindən artıq vətandaşların bu bank məhsuluna marağı daha çox artıb: "Bankların risk altında olan portfellərinin müəyyən pay hissəsini bu tip kartlar təşkil edir. Banklar kredit kartı siyasətini yeniləyir və çox güman ki, manatla bərabər digər valyutaların da istifadəsi mümkün olacaq. Kartların təkvalyutalı olması bugünki vəziyyətlə bağlı taksit kartlarında olan qalıq məbləği dondurub digər valyuta ilə satışına önəm verilməsidir. Valyuta stabilliyi bərpa olunduqdan sonra kart sistemi yenidən öz fəaliyyətini davam etdirəcək".

Sizin Reklam Yeriniz