news Image
2016.06.30
17:33
| A A A
Devalvasiya Neft Fonduna bu qədər qazandırıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən il baş verən devalvasiya nəticəsində əldə etdiyi gəlirin həcmini açıqlayıb.  Movqe.az fondun 2015-ci il üzrə hesabatına istinadən xəbər verir ki, 2015-ci ildə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş manatın devalvasiyası çərçivəsində ARDNF-nin investisiya portfelinə daxil olan valyuta və aktivlərin manat ifadəsi ilə dəyərinin artması səbəbindən fondun ümumilikdə 23 mlrd. 217,8 mln. manat, o cümlədən ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların manata qarşı məzənnəsinin artması ilə əlaqədar 22,501 mlrd. manat büdcədənkənar gəliri yaranıb.

Xarici valyuta və aktivlərin yenidən qiymətləndirilməsi səbəbindən qızıl portfelinin qiymətinin artması ilə əlaqədar 716,8 mln. manat büdcədənkənar gəlir yaranıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs