Əlaqə Arxiv
news Image
2016.07.01
10:22
| A A A
Neftin qiymətinin artım dinamikası ikinci rübdə 7 illik rekordu qırıb

 Cari ilin ikinci rübündə neftin qiymətinin artım tempində rekord qeydə alınıb.

 Movqe.az  xəbər verir ki, ötən günün sonunda Brent markalı neftin 1 barelinin qiyməti 0,73 dollar və 1,44% azalaraq 49,88 dollar olub.

 

WTI markalı neftin 1 barelinin dəyəri isə 0,93 dollar və 1,86% azalaraq 48,95 dollara çatıb.

 

Neftin ucuzlaşmasına baxmayaraq, "qara qızıl"ın qiyməti 2009-cu ildən etibarən rekord səviyyədə rüblük artım dinamikası nümayiş etdirib. Belə ki, birinci rübə nisbətən ikinci rübdə Brent markalı neft 26%, WTI nefti isə 28% bahalaşıb. Bu isə 7 illik rekorddur.

Sizin Reklam Yeriniz