news Image
2016.07.01
16:13
| A A A
Kreditlə bağlı yeni təklif

Son zamanlar əhalinin banklara olan kredit öhdəlikləri layiqincə yerinə yetirilə bilinmir. Kreditin hansı valyutada olmasından asılı olmayaraq geri ödənişlər zamanı gecikmələr baş verir və gecikmənin müddətindən asılı olaraq pulu cərimələr hesablanır. Nəzərə alsaq ki,aylıq kredit ödənişini cəmləyə bilməyən borclu şəxs gecikmə günlərinə görə yaranmış cəriməni də ödəməli olur.Əsasən də digər valyutalarda olan dollar ilə götürülmüş bank kredit öhdəlikləri hər bir borclu şəxsi narahat edir.Bu narahatçılıq isə gələcəkdə baş ağrısına çevrilir.Dollar valyutası ilə avto kredit götürən şəxslər isə devalvasiyadan sonra daha çox məbləğ itirən şəxslərdir. Çünki aldıqları avtomobil devalvasiyadan sonra bazar dəyərini çox itirib, amma bank öhdəliyi isə manat valyutasına nisbətdə artıb. Təsəvvür edək ki, şəxs hər hansısa bankın Avto kredit məhsulundan yararlanaraq 20000 dollarlıq avtomobil alıb(yerli manatla 15700 azn) və devalivasiyadan sonra avtomobilin bazar dəyəri olduğu kimi qalarsa belə ,bank öhdəliyi isə yerli manatla 30000 azn yüksələr.Banklara ödəniş edilir amma borc bitmək bilmir.

Qısa bir müddətdə bu tip borcların əsasən də dollar ilə olan öhdəliklərin yerinə yetirilməsi üçün banklar güzəştli addım atmağa meyilli olmalıdırlar.Borclu şəxslərlə gələcəkdə işləmək və aktiv kreditlərin banklara qaytarılması üçün müəyyən işlərin görülməsinin artıq vaxtı çatıb.

Mənim fikrimcə, banklar dollar kreditlərini günün kursuna uyğun olaraq yerli manata konvertasiya edərək borcun qalıq məbləğindən asılı olaraq yenidən heç bir əlavə maraq faizi hesablamadan restrukturizasiyalar etməlidirlər.Bu halda gecikmədə olan aktiv kreditlərin geri ödənişində canlanmalar baş verər və risk altında olan kapital yenidən dövriyyəyə daxil olar.Əlavə olaraq banklar və borclu şəxslər gələcəkdə baş verə biləcək hər hansısa valyuta qiymətinin dəyişikliyindən özlərini bilavasitə sığortalamış olarlar.