Əlaqə Arxiv
news Image
2016.07.01
17:40
| A A A
Baş nazirin müavini: "Azərbaycan neftinin Avropaya Ukrayna üzərindən nəqlində maraqlıyıq"

 Ukrayna Azərbaycan neftinin öz neft emalı zavodlarına nəqlində maraqlıdır.

 

Movqe.az  RİA  xəbər verir ki, bunu Ukraynanın baş nazirinin müavini Gennadi Zubko XI Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında deyib.

 

"Bundan başqa, biz Azərbaycan neftinin Ukrayna üzərindən Avropa bazarlarına tranzitində maraqlıyıq. Bunun üçün bütün zəruri texniki şərait yaradılıb", - deyə bildirib baş nazirin müavini bildirib.

 

G. Zubko əlavə edib ki, iclas çərçivəsində Ukraynanın neft-qaz sektoruna Azərbaycan investisiyalarının yatırılması müzakirə olunub./apa/

Sizin Reklam Yeriniz