Əlaqə Arxiv
news Image
2016.07.04
12:10
| A A A
InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.


EUR


Avronun dollara nisbətən (EUR/USD) qiyməti bahalaşmaqda davam edir. BREXIT referendumundan sonra 1.09$-a kimi ucuzlaşan cütlük üzrə qiymət artım istiqamətdə başlatdığı korreksiyaya davam etməkdədir və InvestAZ analitiklərin fikrincə, avronun dollara nisbətən qiyməti 1.09$-ın üzərində möhkəmləndikcə, 1.1350$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.


GBP


BREXIT referendumundan sonra Böyük Britaniya maliyyə bazarlarında da qeyri-müəyyənlik davam edir. Qeyri-müəyyənlik fonunda isə GBP/USD cütlüyünün qiyməti 1.3119$ və 1.3532$ aralığında üfuqi hərəkəti ilə seçilib. Analitiklərinin fikrincə, gələcək günlər ərzində də önəmli hadisələrin şahidi olmasaq, qiymətin 1.3119$ və 1.3532$ aralığında hərəkətə davam edəcəyi gözlənilir.


TRY


Dünya birjalarında BREXIT riski dollara olan tələbatı artırmış və bahalaşdırmışdır. Türk lirəsi də dolların bahalaşması fonunda ucuzlaşan valyutalar arasındadır. Belə ki, dolların türk lirəsinə nisbətən (USD/TRY) qiyməti yaxın gələcək günlər ərzində 3.19TL və 3.34TL-ə kimi də bahalaşa biləcəyi gözlənilir.


OIL


Enerji bazarlarında da neft qiymətlərinin bahalaşdığının şahidi oluruq. Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftə ərzində 51$-a kimi 9%-dan çox bahalaşmışdır. Amerikanın neft ehtiyatlarının azalması neft qiymətlərinin bahalaşmasına təsir edir. Beləliklə, Brent markalı neftin qiyməti 46.70$-dan baha ticarət olunduqca, daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.


GOLD


Digər əmtəə bazarlarında isə qızılın bir unsiya qiyməti dünya iqtisadiyyatında artan risklər fonunda bahalaşmağa başlayıb. Təkcə keçən həftə ərzində qiymətlər 4%-a kimi bahalaşmışdır. Yeni artım trendinə başlayan qızılın qiymətləri isə 1247$ üzərində möhkəmləndikcə, 1395$ və 1587$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.


İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.


"İnvest-AZ İnvestisiya Şirkəti" QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.


Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti" QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Sizin Reklam Yeriniz