Əlaqə Arxiv
news Image
2016.07.05
07:00
| A A A
Banklar daha ehtiyatlı kredit siyasətinə başlayırlar
Fuad İbrahimov: “Sahibkarlar indiki dövrdə kreditləşməyə can atmırlar” Anar İbrahimov: “Bank sektorunun əsas gəliri kredit portfelindən formalaşır”

"Bütün normalara görə bu gün bankların müxbir hesablarında, kassalarında tələb olunandan 4 qat artıq likvid vəsait var". Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. O, bunun səbəbini belə izah edib ki, heç bir biznes öz mənfəətindən könüllü olaraq imtina etmir: "Məsələ ondadır ki, kreditləşməsi üçün müraciət olunan layihələrə dayanıqlı və mənfəətli olmalıdır. Yəni bu layihələrin gələcəkdə uğurlu olacağına bank təhlilçiləri əmin olmalıdırlar. Belə olan halda o kreditlər veriləcək".İqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, neftin qiymətinin kəskin aşağı düşməsi biznes mühitinin tarazlığını pozdu: "Bir yandan sahibkarlar indiki dövrdə kreditləşməyə can atmırlar. Banklarda kifayət qədər vəsaitin olmasına baxmayaraq, manatla kreditlərin istənilən həcmdə verilməməsi bankların risk etəməmisindən irəli gəlir. Banklar mövcud durumu yaxşı dərk edirlər. 

Digər tərəfdən dollarla da kreditlərin verilməsi prosesi məhdudlaşdırıldı. Bu baxımdan Əsas çıxış yolu makroiqtisadi tarazlığın bərpasıdır. Bunu da sistemli şəkildə islahatlarla əldə etmək olar".Digər iqtisadçı-ekspert Anar İbrahimov bildirdi ki, ötən dövrdə baş vermiş məlum devalvasiyaların ölkəmizin bank sektoruna mənfi təsiri oldu: "Bank sektoru üçün ən təhlükəli risklərdən biri olan likvidlik problemi yaratdı. Banklar əhalinin ona olan inamını itirməmək üçün ciddi narahatlıq keçirdi. Bundan əlavə, nə əhali xarici valyuta ilə kredit götürmək istəyir, nə də banklar yalnız yerli valyuta ilə kredit verib riskin artırmaq istəyir. Nəzərə alsaq ki, ölkəmizin bank sektorunun əsas gəliri kredit portfelindən formalaşır, onda bu durğunluğun əhalidən çox bankların özlərinə ciddi şəkildə mənfi təsir etdiyini deyə bilərik. Hazırkı dövrdə banklara əhalidən çox böyük rentabelli biznes sahələrinə kredit yatırmaq daha cəlbedici görünür. Biznes sahəsinin kreditləşməsi 73%-ə, istehlak kreditləşməsi isə 27%-ə düşməsi təsadüfi hal deyil. Ancaq yeni devalvasiya qorxusu biznes sahələrindəki layihələrin də qeyri müəyyən müddətə təxirə salınmasına səbəb olub. Yuxarıda göstərilən səbəblər hal-hazırda ölkəmizdə bank sektorunda durğunluğa səbəb olub və bankları kreditləşməyə meylli olmaqdan yayındırır".



Sizin Reklam Yeriniz