Əlaqə Arxiv
news Image
2016.11.23
09:55
| A A A
Azərbaycan biznes qurmaq üçün ən yaxşı ölkələr siyahısındadır
Fikrət Yusifov: “Xarici kapitalın cəlb olunması istiqamətində daha böyük potensilımız 2017-ci ildə reallaşacaq”

Dünya Bankı biznesin qeydiyyatdan keçirilməsinin sadə olmasını, kreditlərin əlverişliliyini və digər bir sıra amilləri nəzərə alaraq sahibkarlıq üçün planetin ən yaxşı və pis ölkələrinin reytinq siyahısını tərtib edib. Bu barədə “Business Insider”in məlumatında bildirilir. 

“Business Insider” portalı biznesə başlamaq və onu inkişaf etdirməyin çox asan olduğu 17 ölkədən ibarət siyahını dərc edib. Sorğuda 139 ölkədən 130 min şirkət iştirak edib.Məlumatda bildirilir ki, “0”dan başlayaraq biznes qurmaq həmişə çətin olub, lakin dünyada elə yerlər və ölkələr var ki, orada şirkət yaratmaq digərləri ilə müqayisədə asandır: “Azərbaycanda şirkətin qurulması zamanı sizin, çox güman ki, onu kommunal şəbəkələrə qoşmaqla bağlı probleminiz yaranmayacaq”. Bununla da Dünya Bankı Azərbaycanı biznes üçün ən yaxşı ölkələr siyahısına daxil edib. Mütəxəssislərin fikrincə, bu, ölkəmizdə iqtisadi mühitin üstün olduğunu göstərcisidir. Növbəti illərdə ölkəmizə xarici investisiya axını baxımından böyük üstünlüklər verəcək.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Mövqe”yə bildirdi ki, bu, Azərbaycanda aparılan iqtisadi islahatlara verilən bir qiymətdir: “Bu gün bütün dünyanı bürümüş və Azərbaycandan da yan keçməmiş iqtisadi böhran şəraitində apardığımız iqtisadi islahatlara belə yüksək qiymət verilməsi o deməkdir ki, yaxın gələcəkdə biz yenidən iqtisadi artım templərinə nail ola biləcəyik. Bəziləri bildirirlər ki, Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb. Ancaq rəsmi rəqəmlərdə belə azalmalar qeydə alınmayıb. Bu cür məlumatları yayanlar onu əsaslandırmalıdırlar. Dövlət Statistika Komitəsinin verdiyi məlumatlarda ötən ilin on ayı ilə bu ilin on ayı arasındakı rəqəmlərdə elə də ciddi fərq yoxdur”.
Professor əlavə etdi ki, il ərzində Azərbaycana investisiyaların cəlbi ilə bağlı lazım olan bütün addımlar atılıb: “Yoxlamalar dayandırılıb, lisenziyaların verilməsi sadələşdirilib, investorların, sahibkarların şikayətlərinə dərhal baxılması üçün apelliyasiya şuraları yaradılıb,  investisiyaların təşqivi ilə bağlı qaydalar müəyyən olunub. Beynəlxalq maliyyə qurumlarının açıqladığı hesabatlarda xarici və yerli investorlar üçün münbit şərait yaradılması baxımından Azərbaycan 30 ölkə arasına daxil ola bilib. Bu, Dünya Bankının 2017-ci ilə olan məlumatıdır. 
Dünyada baş verən iqtisadi böhranın bir hissəsi də ölkəmizdə təzahürünü tapıb. Buna baxmayaraq, bəzi məsələlərdə biz bir neçə pillə irəliləyə bilmişik. Baxmayaraq ki, ümumi iqtisadi azalma 3.7 faizdir, amma rəqabət qabiliyyətinə görə, 37-ci yerdəyik. Bu qiyməti özümüz özümüzə yox, beynəlxalq maliyyə qurumları verir. Bu, o deməkdir ki, Azərbaycanda islahatlar davam edir. Xarici kapitalın cəlb olunması istiqamətində daha böyük potensilımız 2017-ci ildə reallaşacaq”. 

 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz