Əlaqə Arxiv
news Image
2016.12.01
16:23
| A A A
Uşaq bağçaları və musiqi məktəbləri həm büdcə, həm də vətəndaşlar tərəfindən maliyyələşə bilər

Azərbaycanda uşaq bağçaları və musiqi məktəblərinin birgə maliyyələşdirilməsi (həm büdcə, həm vətəndaşlar tərəfindən) müxanizmi tətbiq oluna bilər. Movqe.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir musiqi məktəblərinin birgə maliyyələşdirilməsindən danışarkən bildirib ki, bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi ilə də məsləhətləşmələr aparılıb.

S.Şərivov qeyd edib: "Maliyyə üçün lazım olan vəsaitin bir hissəsini dövlət, digər hissəsini valideynlər ödəyə bilər. Əgər valideyn övladının bu və ya digər sahədə öyrənməsini, ixtisaslaşmasını istəyirsə, az da ola bu prosesdə iştirak etməlidir".

Sizin Reklam Yeriniz