Əlaqə Arxiv
news Image
2016.12.02
17:26
| A A A
İlham Əliyev: “Biz Rusiya ilə yaxşı qonşuyuq, dostluğumuzu davam etdirəcəyik”

"Rusiya və Azərbaycan Qafqaz ölkələridir, biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik”.
 
Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşü zamanı deyib.
 
“Mən sizin - Qafqazın nüfuzlu liderlərinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bu gün ağsaqqal sözü həmişəkindən daha əhəmiyyətlidir. Sizin fəaliyyətiniz də təhlükəsizliyə, Rusiyanın Qafqaz respublikalarının inkişafına doğru aparır. Həm də Rusiya-Azərbaycan birgə münasibətlərini möhkəmləndirir. Çünki artıq dəfələrlə qeyd etdiyim kimi, Rusiya və Azərbaycan Qafqaz ölkələridir, biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik”, - deyə o vurğulayıb.
 
Dövlət başçısı qeyd edib ki, bu cür görüşlər həm münasibətlərimiz üçün, həm də Rusiya-Azərbaycan münasibətləri, Qafqazda sabitlik, təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır: “Şimali Qafqaz respublikalarını və Azərbaycanı böyük dostluq tarixi, qarşılıqlı hörmət, qarşılıqlı dəstək birləşdirir. Mən şadam ki, bu gün bu əlaqələr Qafqaz respublikaları arasında bütün səviyyələrdə, o cümlədən də dini liderlər arasında davam edir. Bu, Qafqaz müsəlmanlarının birliyini möhkəmləndirir və həmçinin dünya müsəlmanlarına bizim birlikdə olmağımızın vacibliyi üçün bir nümunədir”.

Sizin Reklam Yeriniz