Əlaqə Arxiv
news Image
2016.12.05
15:27
| A A A
"InvestAZ"-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avropa iqtisadiyyatının inkişaf sürətinin zəif qalması, Avropanın siyasi sferasında populist şüarlar və Amerika Mərkəzi Bankının (FED) dekabr ayının 14-də faiz dərəcələrini artıra biləcəyi gözləntilərinin yüksək qalması, EUR/USD məzənnəsini də təzyiq altında saxlamaqdadır. Artıq bazar ertəsi 1.05$-a kimi ucuzlaşan məzənnə üzrə texniki təhlillər onu göstərir ki, qiymət 1.04 və 1.02$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 16:45-də Avropa Mərkəzi Bankının pul-kredit siyasəti ilə bağlı (faiz, istiqraz alışı və s.) açıqlaması gözlənilir.

GBP

Dünya birjalarında neft qiymətlərinin bahalaşması, Böyük Britaniya funt sterlinqinin qiymətinə də müsbət təsir edir. Cari həftənin başlaması ilə 1.27$-dək dəyər qazanan GBP/USD cütlüyünün qiyməti isə dolların dünya birjalarında yenidən bahalaşması ilə, 1.23$-a kimi davam edə biləcək yeni eniş dalğasına başlaya bilər.

TRY

Dünya birjalarında dolların bahalaşması Dollar/Lirə məzənnəsinin də dəyər qazanmasına səbəb olur. Belə ki, keçən həftə ərzində məzənnə tarixi rekord səviyyəsini 3.59TL ilə yeniləyib. Lakin qiymətin texniki mənzərəsi üzrə analizlər onu göstərir ki, qiymət sürətli bahalaşmadan sonra bu həftə 1.47$-a kimi ucuzlaşa bilər.

OIL

Keçən həftə ərzində Avropanın Brent markalı neftinin bir barel qiyməti 19% bahalaşıb. Artıq 55$ ətrafında ticarət edilən qiymətin gələcək günlərdə də 50-55$ aralığında ola biləcəyini proqnozlaşdırırlar.

GOLD

Digər əmtəə birjalarında isə qızılın qiyməti ucuzlaşmaqda davam edir. InvestAZ analitiklərinin fikrincə, artıq 1160$-a (37.2 $/qram) kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti əlavə olaraq 1155$ (37.0 $/qram) və 1100$-a (35.3 $/qram) kimi də ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Sizin Reklam Yeriniz