Əlaqə Arxiv
news Image
2016.12.07
07:00
| A A A
Manat-dollar-avro üçbucağında mühüm yeniliklər
Natiq Cəfərli: “Hazırda dünyada “valyuta məzənnə müharibəsi”nin getdiyini demək mümkündür” Oqtay Haqverdiyev: “Cəmiyyəti dollar mövzusundan uzaqlaşdırmaq lazımdır, manatla işimizi görə bilirik”

Avropa Mərkəzi Bankının (AMB) dekabrın 8-də keçirəcəyi bu ilin son iclasında pul-kredit siyasətini dəyişməyəcəyi, amma monetar stimullaşdırmanı sonlandıracağı barədə fikirlər səsləndirəcəyi bildirilir. Arozonada inflyasiyanın sürətlənməsi, iqtisadi artım tempinin yüksəlməsi gələn il stimullaşdırmanı azaldacağı ilə bağlı ehtimalları artırıb.

Qeyd edək ki, formal olaraq AMB-nin monetar stimullaşdırma proqramının 2017-ci ilin mart ayında bitməsi nəzərdə tutulub. Son açıqlamaları nəzərə almaqla, onun vaxtının uzadılması gözlənilmir. Beləliklə, avronun məzənnəsinin yüksəlməsi gözlənilir. Bu, həm də dolların məzənənsinin aşağı düşməsinə gətirib çıxaracq. Vəziyyətin eyni zamanda manatın hər iki valyutaya nisbətinə təsir edəcəyi də istisna edilmir.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, AMB  hər ay təqribən 80 milyard avroluq stimullaşdırıcı proqram həyata keçirirdi: “Bu, Avrozonada iqtisadiyyatı canlı tutmaq, monetar siyasətdə banklara daha çox likvidə çıxş imkanları saxlamaq, həm də bəzi şirkətlərin səhmlərini almaqla onların inkişafına dəstək üçün həyata keçirilən ən böyük maliyyə proqramlarından biri idi. Amma gələn ilin mart ayında bu proqramın sona çatma ehtimalı yüksəkdir. Çünki, AMB qarşıya qoyduğu məqsədlərə çatıb. Ancaq başqa önəmli məsələ isə ABŞ Federal Ehtiyat Sisteminin (FES) toplantısıdır. 
Dekabrın 14-də FES toplantısı olacaq. FES toplantısından çıxacaq qərarın gələcəkdə bütün dünyaya təsiri qaçılmazdır. FES qərarının Avrozonaya da təsirləri olacaq. Əgər dünyada dolların sürətlə bahalaşması baş verərsə, o zaman AMB hətta mart ayını gözləmədən stimullaşdırma proqramını dayandıra bilər. Çünki, FES qərarında sonra dünya bazarlarında dollar kəskin bahalaşsa, stimullaşdırma proqramı fonunda avronun daha sürətlə ucuzlaşması baş verə bilər. Odur ki, ayın 8-də AMB-nin çıxardığı qərar, dekabrın 14-də FES-in qərarı və FES-in 2017-ci il üçün gözləntilərinə diqqət etmək lazımdır”.
Ekspert əlavə etdi ki, hazırda dünyada «valyuta məzənnə müharibəsi»nin getdiyini demək mümkündür: “Tək avro-dollar yox, Çin də bu müharibədə önə çıxmağa çalışır. Eyni zamanda Böyük Britaniya Mərkəzi Bankı da bəzi əməliyyatlar aparır. Funt-sterlinqin məzənnəsini aşağı salmaqla ixracatı stimullaşdırmağa çalışır. Bütün bu «məzənnə müharibələri» fonunda nəzərə alaq ki, Azərbaycan dünya iqtisadiyyatından təcrid olunmuş deyil. Dünya iqtisadiyyatında baş verən hadisələr Azərbaycan iqtisadiyyatında, o cümlədən manatın məzənnəsində öz əksini tapır. Çarpaz məzənnədən bir çox  məsələlər asılı olacaq. Dünyada avro-dollar münasibəti manatın hər iki valyutaya olan məzənnəsinə ciddi təsir edəcək. Odur ki, hər iki toplantıdan çıxan qərarlardan sonra manatın məzənnəsində dəyişiklik müşahidə oluna bilər”. 
Digər iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirdi ki, hazırda manatın dollara aidiyyatı yoxdur: “Manat Mərkəzi Bank (AMB) tərəfindən qismən tənzimlənir. Əgər manat tam üzən məzənnəyə keçsə idi, dolların məzənnəsinin ona təsiri olardı. 
ABŞ ilə Avropa iqtisadiyyatları isə inteqrasiya olunub. Ona görə dollar məzənnəsindən yaşanan hadisə avroya təsir edir, yaxud da, əskinə. Manat onlardan uzaqdır. Mərkəzi Bank istəsə, manatın məzənnəsini yenidən qaldıra bilər. Manatın tutumluğu əsasən enerji məhsullarına bağlıdır. Dolların tutumluğu isə daha böyükdür. Dünya iqtisadiyyatında hesablamaların 80 faizi dollarla aparılır. 
Dolların məzənnəsinin necə dəyişməsindən asılı olmayaraq, Azərbaycan Mərkəzi Bankı istədiyini edə bilər. Manat tam real qiymətini tapdıqdan sonra dolların ona təsiri olacaq. Ümumiyyətlə, cəmiyyəti dollar mövzusundan uzaqlaşdırmaq lazımdır. Manatla işimizi görə bilirik”. 
 

 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz