Əlaqə Arxiv
news Image
2016.12.07
11:27
| A A A
Ramin Əhmədov: "Hazırda Azərbaycanın kifayət qədər valyuta və qızıl ehtiyatları var"
"Dünya bazarında neftin qiymətinin ucuzlaşmasından dolayı Azərbaycanın gəlirlərinin azalması rəsmi səviyyədə elan olunmuş məsələdir və burada bəzilərinin iddia etdiyi kimi faciəvi heç nə yoxdur."

Bu sözləri “Türk Dünyası Ağsaqqalları Qəzeti”nin baş redaktoru Ramin Əhmədov bildirib.

“Hazırda Azərbaycanın kifayət qədər valyuta və qızıl ehtiyatları var və mövcud imkanlar hesabına dünyadakı iqtisadi böhranın ölkəmizə təsirinin minimuma endirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Təəssüf doğuran hal odur ki, bəziləri hazırkı vəziyyətlə bağlı təhrif olunmuş açıqlamlar verir və əhalidə narahatlıq yaratmağa hesablanmış fikirlər səsləndirirlər. Burada sözsüz ki, təxribat elementləri var və biz zaman-zaman belə ziyanlı fəaliyyət nümunələrinin şahidi olmuşuq. Ağlı başında olan hər kəs yaxşı bilir ki, hazırkı durumun səbəbini Azərbaycanda deyil, çox-çox uzaqlarda axtarmaq lazımdır və əslində Azərbaycan hökuməti bütün tədbirlərə əl atır ki, böhranın insanlarımıza təsiri mümkün qədər az olsun. Məsələyə milli təəsübkeşlik prizmasından yanaşdıqda isə, deyə bilərik ki, bizim hər birimiz indi dövlətimizə daha yaxından dəstək verməli, uzaq sahillərdən biz tərəflərə əsən böhran küləyinin qarşısında əzmkarlıqla dayanmalıyıq. Bəli, çətindir, dünən yaşamadığımız problemlərlə qarşılaşırıq, gəlirlərimiz azalır, xərclərimiz çoxalır, əvvəlki illərdə olduğu kimi əylənə bilmirik və bəzən də olur ki, elementar məsrəflərimizi qarşılamağa çətinlik çəkirik. Amma dövlətinə səmimi sevgi bəsləyən insanlar üçün bütün bunlar nə qədər ciddi problemdir? Dövlət zəngin olanda da bizimkidir, gəlirləri azalanda da. Bir ailədə atanın qazancı azaldığına görə ona münasibət dəyişirmi? Təkcə atanın varlığı övladları üçün böyük səadət deyilmi? Dövlət də bizim ailəmizdir. Yaxşı günündə də, pis günündə də yanında olmalı, dəstək verməli, bütün çətinliklərə sinə gərib gəlirlərimizin azalmasını özümüzə dərd etməməliyik. Əmin olun, bu mərhələni də arxada qoyub daha böyük uğurlara doğru addımlayacağıq”.

Sizin Reklam Yeriniz