Əlaqə Arxiv
news Image
2016.12.10
09:40
| A A A
Azərbaycan sərmayə qoymaq istəyən xaricilərin sayı artır
Əcnəbi investorların istehsalda iştirakı rentabelliyi artıracaq

Azərbaycanda iş qurmaq üçün movcud olan potensial təbii ehtiyatlarla yanaşı, həm də qanunverici resursları ehtiva edir. Yəni, biznes mühiti xeyli dərəcədə sadələşdirilib və çalışmaq istəyənlər bürokratik əngəllərlə qarşılaşmırlar. Bu səbəbdən həm yerli, həm də əcnəbi sahibkarların iqtisadiyyatın inkişafında iştiraka meyilləri artıb. 

İqtisadiyyat naziri Şahin Mustafayev respublikada yaradılmış pozitiv biznes bazası nəticəsində yaranmış vəziyyəti şərh edərək deyib: “Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna çox böyük maraq var. İslam İnkişaf Bankı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Azərbaycanda bir sıra yeni layihələrdə iştirak edir, maliyyə dəstəyi göstərir. İnvestorların Azərbaycana marağı çoxdur. Ümid edirik ki, bu mövzuda keçirilən tədbirlər nəticəsində Azərbaycana maraq daha da artacaq, xarici investorlar Azərbaycana sərmayə qoymaqda daha da maraqlı olacaqlar”. Nazir qeyd edib ki, Azərbaycana maraq böyükdür, ölkəyə investisiya qoymaq istəyənlərin sayı gündən-günə artır. 
Son vaxtlar İran, Rusiya, bir sıra Avropa və ərəb ölkələrindən olan iş adamları Azərbaycana intensiv səfərlər edirlər. Onların məqsədi yerli şəraiti öyrənib müvafiq biznes strukturları qurmaqdır. Artıq nəticə də var. İran iş adamları bir neçə müştərək müəssisələrin tikintisinə başlayıblar. Onlar daha çox əczaçılıq və tikinti, habelə avtomobilqayırma müəssisələrinə maraq göstərirlər. 
Rusiya, Ukrayna və Belarusdan olan sahibkarların Azərbaycana gəlişində də müsbət meyllər üstünlük təşkil edir. Belə ki, bu ölkələrlə hələ keçmiş ittifaq zamanından qarşılıqlı fəaliyyət göstərən iri elm-istehsalat birlikləri olub. Məsələn, Azərelektromaş Elm-İstehsalat Birliyinin zavodlarında istehsal olunan elektrik mühərriklərinə ittifaqın hər yerində ehtiyac var idi. Lakin məsələ burasındadır ki, həmin mühərriklərin istehsalında istifadə olunan diyircəkli yastıqlar Rusiyadan gəlirdi. Belarusun paytaxtı Minskdəki dəzgahqayırma zavodunda buraxılan dəzgahlar isə Bakıdan göndərilən mühərriklərlə işləyirdi. Düzdür, indi bu şəkildə iş prinsipinə ehtiyac olmasa da birgə işləməyin təcrübəsi var və yeni əlaqələrin qurulmasında həmin təcrübə böyük rol oynayır. Azərbaycan iqtisadiyyatının strateji yol xəritələrində maşınqayırma sənayesinin inkişaf istiqaməti müəyyən olunub və bu, xarici investorlar üçün zəngin iş perspektivi deməkdir. Məsələn, adıçəkilən elektrik maşınqayırma müəssisəsi çoxdandır fəaliyyətini dayandırıb. Onun işə salınması üçün normal investisiya qoyuluşuna ehtiyac var. Birliyin müəssisələri Dövlət Əmlak Komitəsinin balansına keçirilib. Ola bilsin, yaxın vaxtlarda özəlləşdirmə proqramı çərçivəsində hərraca çıxarılsın (bu tamamilə məntiqi olar) və sahibkarlar tərəfindən satın alınsın. Obrazlı desək, bu məhsul növünün başı üzərindən xarici valyuta asılmış vəziyyətdədir. Bir tərpənişlə onu əldə etmək olar. Gözləmək olar ki, ağır maşınqayırma sahəsində rusiyalı mütəxəssis və sahibkarlarla faydalı əməkdaşlıq başlayacaq.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş biznes-forumlar da xarici investorların cəlb edilməsi baxımından xeyli faydalıdır. Bu mənada Şərqi Avropa ölkələrindən olan iş adamları xüsusilə seçilirlər. Düzdür, avropalılar daha çox enerji daşıyıcıları sahəsinə meyil edirlər. Amma əllərində vəsait qapının ağzını kəısdirəndən sonra gəlir gətirən hər bir sahə onların maraq dairəsinə düşür. Azərbaycanda isə gəlirsiz işləyən sahə tapmaq çətindir.
Beləliklə, Azərbaycanda yaradılmış əlverişli iş mühiti xarici investorların cəlb edilməsi üçün həlledici rola malikdir.

N.NOVRUZ   

 

Sizin Reklam Yeriniz