Əlaqə Arxiv
news Image
2017.01.16
10:31
| A A A
Ölkədə korrupsiya ilə bağlı "qaynar xətt"ə daxil olan müraciətlərin sayı açıqlanıb

Ölkədə korrupsiya ilə bağlı qaynar xəttə daxil olan müraciətlərin sayı açıqlanıb.Movqe.az-ın məlumatına görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev  mətbuat konfransı keçirib. Konfrans zamanı o, bildirib ki, keçən il ərzində Baş İdarənin “161 - Qaynar xətt” əlaqə mərkəzinə 5492 müraciət daxil olub. Bu  müraciətlərdən 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, heuni zamanda əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib.
 
 

Sizin Reklam Yeriniz