Əlaqə Arxiv
news Image
2017.01.18
16:11
| A A A
İnşaat işləri aparılmasında – YENİ QADAĞA

“Azərbaycanda inşaat işləri görülərkən abidə aşkar edilərsə, işlər dayandırılacaq və iki ay müddətində tədqiqatlar aparılacaq”.
Movqe.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.
Layihə barədə Komitə sədri Rafael Hüseynov məlumat verib.
Qanuna əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.
Dəyişiklik təklifinə əsasən isə müvafiq orqanlara məlumat verildikdən sonra həmin qurumlar və elmi təşkilatlar tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.
Dəyişikliyin məqsədi inşaat və təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud olan qaydaları daha da təkmilləşdirməkdən ibarətdir.

Publika.az

Sizin Reklam Yeriniz