Əlaqə Arxiv
news Image
2017.01.24
16:15
| A A A
"Qazprom" TAP-a qoşula bilər

Rusiyanın "Qazprom" şirkəti Avropaya qaz nəqli üçün "Poseidon" və Trans-Adriatik qaz (TAP) kəmərlərindən istifadə imkanlarını araşdırır. Movqe.az "APA-Economics"-ə istinadən  xəbər verir ki, bunu "Qazprom" şirkətinin İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev bildirib.
 
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP və TAP konsorsiumları arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 mlrd. kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir.
 
"Poseidon" İonik dənizinin dibi ilə keçir və Yunanıstanla İtaliyanın qaz nəqli sistemlərini birləşdirən ITGI kəmərinin bir hissəsidir.

Sizin Reklam Yeriniz