Əlaqə Arxiv
news Image
2017.02.01
16:23
| A A A
Bağlanan bankların vəsaitlərinin bazar dəyərini qiymətləndirəcək şirkətlərin adları açıqlanıb

Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışının qanunvericiliyə uyğun aparılması və bu istiqamətdə şəffaflığın təmin edilməsi məqsədi ilə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 14 noyabr 2016-cı il tarixli qərarı ilə "Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə Komissiyanın fəaliyyət Qaydalar"ı təsdiq edilib.
 
Əmanətlərin Sığortalanması Fondundan Movqe.az-a  verilən məlumata görə, qaydalara uyğun olaraq, əsas vəsaitlərin qiymətləndirilməsi və satışının təşkil edilməsi üçün Komissiya yaradılıb. Hazırda ləğv prosesində olan bankların inventarizasiyası aparılmaqla satışa çıxarılacaq əmlaklar təsnifləşdirilir.
 
Fondun ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə Komissiyanın 27 dekabr 2016-cı il tarixli qərarı ilə (Protokol № 002) əsas vəsaitlərin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün əsas qiymətləndiricilər "MBA Ltd" MMC, "Azintellektservis" MMC, "Biləndər" MMC, habelə yardımçı qiymətləndiricilər qismində "İVC Beynəlxalq Qiymətləndirmə Mərkəzi" MMC və "Caspian Expert Group" MMC seçilib.

Sizin Reklam Yeriniz