Əlaqə Arxiv
news Image
2017.02.04
11:00
| A A A
Şərabçılıq Azərbaycaan daha çox gəlir gətirəcək
“Azərbaycan brendi”nin məşhurlaşnası məhsulun tam istehsal halqasını yaratmağı tələb edir

Bu günlərdə keçirilmiş Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans Azərbaycan iqtisadiyyatının perspektivdə yeni istiqamətlərinin anonsunu verib. Bu istiqamətlərdən biri də şərabçılıq sahəsidir. Konfransda çıxış edən Prezident İlham Əliyev apardığı təhlilin nəticəsi olaraq məhsul istehsalında yerli komponentlərin mümkün qədər çox, hətta 100 faiz həddində olması tezisini irəli sürməsi sahibkarların hərəkətə keçməsinə səbəb olub.  

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov ölkədə şərab məhsulu komponentlərinin istehsalının təşkil olunması təklifi ilə çıxış edib. Onun fikrincə,  bu addım istehsal olunan məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalmasına imkan verər. Assosiasiya rəhbəri deyib ki, yerli məhsulun maya dəyəri çox yüksəkdir: “Əl işi və yanacaqdan başqa bütün digər komponentlər - dərmanlar, gübrələr, kənd təsərrüfatı texnikası və ehtiyat hissələri ölkəyə idxal olunur. Dövlət bizə subsidiya ayırır, texnikanı lizinqlə verir, amma bu komponentlərin Azərbaycanda istehsalını təşkil etmək daha məqsədəuyğun olardı”. Azərbaycan ərazisində komponentlərin istehsalının təşkili nəinki maya dəyərini azaldar, hətta  Azərbaycan məhsullarının rəqabətqabiliyyətliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verər.
E.Mədətov əldə olunan nailiyyətlərdən də danışıb: “Azərbaycan şərabları xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb. Ötən il ixracımız 3,5 milyon ABŞ dolları təşkil edib. “Made in Azərbaycan” brendinin təşviqi tədbirləri şərab ixracatçılarına böyük stimul yaradıb. Belə ki, ötən ilin noyabr ayından bu günə kimi şərab və konyak məhsullarının ixracına görə 440 min manat məbləğində ixrac təşviqinin sahibkarlara ödənilməsinə dair müvafiq qərarlar qəbul edilib”.
Bu rəqəmlər sahədə baş verən real irəliləyişi göstərməklə yanaşı malik olduğu potensialı da əks etdirir. Dövlət dəstəyinin qazanılmışuğurlarda mühüm rol oynadığı şəksizdir. Belə ki, təkcə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahənun inkişafına 40 milyon manatadək güzəştli kredit verilib. AZPROMO-nun təşkil etdiyi çoxsaylı biznes-forumlarda sahibkarların iştirakı dab u işdə təcrübə qazanılmasında və yeni bazarların fəth edilməsində əsaslı rol oynayıb. Belə olan təqdirdə nə üçün bu əlverişli məhsulun istehsalı tam mənimsənilməsin?! 
Qeyri-neft sektorunun inkişafında qarşıya çıxan bütün əngəllərin aradan qaldırılması, Sumqayıt Kimya Sənaye Parkında çərabçılığın istənilən komponentinin müasir texnoligiyalı istehsal sahəsinin yaradılması mümkündür. Təkcə bir sahədə lazımi komponentlərin bütöv istehsal kompleksinin yaradılması nə qədər iş yerinin yaradılmasına, “Azərbaycan brendi”nin təkmilləşməsinə səbəb olar. Maya dəyərinin aşağı salınması isə satış həcmini və yeni bazarların fəth olunmasını artırar.
Məsələ burasındadır ki, əksər qərb ölkələrində artıq şərablar alkoqollu içkilər siyahısından çıxarılaraq qida növü kimi alıcıya təqdim olunur. Hətta bu prosesin tibbi nöqteyi-nəzərdən izahı da əsaslandırılıb. Bu mənada böyük əhali kütlələrinin şərabdan az miqdarda hər gün istifadə etməsi ona tələbatı qat-qat artırıb. Bazar keyfiyyətli və dadlı şərablara daim ehtiyac duyur. Fransa, İtaliya, İspaniya kimi Avropanın iri şərab istehsalçısı və ixracatçısı olan ölkələrdə 5 litri 2 avroya olan şərab növlərindən tutmuş 700 qramlıq şüşədə qablaşdırılmış və 80 avroya satılan şərablara qədər minlərlə növ şərab var. Bu məhsulların dövlət büdcəsindəki xüsusi çəkisi kifayət qədər yüksəkdir. İqtisadi inkişafda sanballı mövqe tutmaq üçün Azərbaycan şərabçılarının da potensial imkanları lazımi qədərdir. Sadəcə, bu imkanlardan maksimum istifadə etmək lazımdır. 

N.NOVRUZ

Sizin Reklam Yeriniz