Əlaqə Arxiv
news Image
2017.02.04
21:00
| A A A
Trampın sərt siyasəti ABŞ-da 227 min yeni iş yeri yaradıb

Donald Trampın prezidentliyi dövründə əmək bazarı ilə bağlı açıqlanan ilk göstərici ölkədə 227 min yeni iş yerinin açıldığını göstərib.

"Bloomberg" agentliyi xəbər verir ki, bu barədə ABŞ Əmək Nazirliyinin hesabatında məlumat verilib.

Ağ Evdən verilən xəbərə görə, belə yüksək göstəricinin açıqlanması onlar üçün də gözlənilməz olub. Proqnozlara əsasən, kənd təsərrüfatı sahəsi istisna olmaqla yeni iş yerlərinin sayının 175 min vahid artacağı ehtimal edilirdi. Ağ Evin nümayəndəsi Şon Spayser bildirib ki, istehlakçıların iqtisadiyyata inamı Trampın siyasəti sayəsində artır.

Qeyd edək ki, yeni iş yerlərinin açılması D.Trampın seçki öncəsi verdiyi əsas vədlərdən biridir. Tramp 25 mln. yeni iş yerinin açılması üçün çalışdığını bəyan edib.

Sizin Reklam Yeriniz