news Image
2017.02.16
20:30
| A A A
Türkiyənin qızıl-valyuta ehtiyatları daha 1,7 mlrd. dollar artıb
Qeyri-rezidentlər ötən həftə 140 mln. dollarlıq qiymətli kağızı satıb

 Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 4-10 fevral həftəsində 1,665 mlrd. ABŞ dolları və ya 1,55% artaraq 109,120 mlrd. dollar təşkil edib.

"Movqe" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları 388 mln. dollar və ya 2,44% artaraq 16,321 mlrd. dollara, valyuta ehtiyatları isə 1,277 mlrd. dollar və ya 1,4% artaraq 92,799 mlrd. dollara çatıb. Bu il yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 16,16% artıb, valyuta ehtiyatları isə 0,81% azalma göstərib. Məcmu ehtiyatlar isə ilin əvvəli ilə müqayisədə 2,84% artıb.
Qeyd edək ki, qızıl ehtiyatlarında artım qlobal qızıl bazarındakı bahalaşma ilə bağlı olub.
Hesabat dövründə qeyri-rezidentlər Türkiyənin qiymətli kağızlar bazarında 140 mln. dollarlıq satış həyata keçiriblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs