Əlaqə Arxiv
news Image
2017.02.16
21:00
| A A A
Azərbaycan yanvarda avtomobil idxalını 7% artırıb
10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı isə azalıb

 Bu ilin yanvar ayı ərzində Azərbaycana 469 ədəd avtomobil idxal olunub. "Movqe" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 ədəd yaxud 7,32% çoxdur.

Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 420-si və yaxud 89,55%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 19 ədəd yaxud 4,74% artıb.
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2 ədəd yaxud 40% azalaraq 3, yük avtomobillərinin idxalı 15 ədəd yaxud 57,69% artaraq 41 olub.
Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə dəyişməyib və ötən ilin yanvarında olduğu kimi 5 ədəd təşkil edib.

Sizin Reklam Yeriniz