Əlaqə Arxiv
news Image
2017.02.18
12:30
| A A A
Valyuta ehtiyatlarımız artacaq
Ruslan Atakişiyev: “Qənaət olunmuş vəsaitlər hesabına ehtiyat valyutamızı daha da artıra bilərik” Cəfər İbrahimli : “Hökumətin 2017-ci il üçün strategiyası valyuta ehtiyatlarını qoruyub saxlamaqdan ibarətdir”

2015-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 35,8 milyard dollar olub. Ötən ilin sonuna isə bu məbləğ 37,6 milyard dollar təşkil edib. 

Göründüyü kimi, son ildə müəyyən qədər artım qeydə alınıb. Eyni zamanda hökumət bu il valyuta ehtiyatını daha da artacağını açıqlayıb. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bunu mümkün hesab edir: “Dövlət Neft Fonudunda mövcud ehtiyatlarımız var. Həmin ehtiyat valyutasının formalaşmasının da müxtəlif üsullardan istifadə edilir. Onlardan biri də ARDNF-in mövcud vəsaitlərinin qənaətcil istifadəsidir. 
Ümumiyyətlə, mövcud vəsaitlərin qənaətcil istifadəsi məsələsi ötən il qəbul edilmiş strateji yol xəritələrində də öz əksini tapıb. Yəni, birbaşa ARDNF-dən artıb-azalan pul köçürmələri yox, stabil, müəyyən limit şəklində dövlət büdcəsinə köçürülmələr nəzərdə tutulub. Limitin də müəyyənləşməsi əsasında qənaət olunmuş vəsaitlər formalaşır. Məhz bu qənaət olunmuş vəsaitlər  hesabına ehtiyat valyutamızı  daha da artıra bilərik. Eyni zamanda strateji yol xəritələrində nəzərdə tutulmuş müddəlar tam icra oluna biləcəksə, bu da sonda valyuta ehtiyatlarımızın artmına səbəb ola bilər”.
İqtisadçı-ekspert Cəfər İbrahimli isə bildirdi ki, hökumətin 2017-ci il üçün strategiyası valyuta ehtiyatlarını qoruyub saxlamaqdan ibarətdir: «2017-ci il üçün Mərkəzi Bankın daraldıcı valyuta siyasətini davam etdirəcəyi gözlənilir. Bu da dolayısı ilə idxalın tənzimlənəcəyini və valyuta ehtiyatlarında ciddi dəyişiklik olmayacağına işarə edir. 
Eyni zamanda, beynəlxalq analitiklər bu il üçün neftin dünya bazarında qiymətini 50 dollar ətrafında qiymətləndirirlər. Neftin dünya bazarında qiyməti artarsa, strateji valyuta ehtiyatlarımızın bu çərçivədən yüksələcəyini söyləmək mümkündür”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz