Əlaqə Arxiv
news Image
2017.02.20
14:00
| A A A
Londonda daşınmaz əmlak qiymətləri 6 illik minimuma enib
Azərbaycan Dövlət Neft Fondunun Londonda aldığı ofis kompleksi 65 mln. dollar ucuzlaşıb

Londonda daşınmaz əmlak qiymətləri son 6 ilin minimal səviyyəsinə düşüb. "Movqe" "Rambler News Service" portalına istinadən xəbər verir ki, bu barədə İngiltərənin "Rightmove" saytının təhlillərində deyilir. Təhlil hesabatına əsasən, buna səbəb son illər ərzində kəskin artım göstərən daşınmaz əmlak qiymətləri və "Brexit" prosesi olub.

Sənəddə qeyd olunur ki, fevral ayında daşınmaz əmlak qiymətləri illik müqayisədə 0,4% azalma göstərib. Yanvarda isə 2,9% artım qeydə alınıb. Rəqəmlər daşınmaz əmlak qiymətlərində artım tempinin 2009-cu ilin durğunluq dövründən sonra ən aşağı həddə endiyini göstərir. Qeyd edək ki, təhlillər funt sterlinqdə aparılıb və bu pul vahidinin son dövrlərdəki kəskin devalvasiyası nəzərə alınmayıb.
"Rightmove"un baş direktoru Mayls Şipsayd (Miles Shipside) hesabatın nəticələrini şərh edərkən bildirib ki, böyük ehtimalla, B.Britaniya satıcıların təklif etdiyi qiyməti alıcıların ödəyə bilmədiyi və ya ödəmək istəmədiyi bir dövrə yaxınlaşıb: "Kreditləşmə şərtlərinin ağırlaşması, "Brexit" prosesi və həyat şəraitinin pisləşməsi qiymətlərin azalmasının əsas səbəbləri olub".
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində Londonun Seynt Ceyms,78 ünvanında yerləşən və dəyəri 177,350 mln. funt sterlinq (285,550 mln. ABŞ dolları) təşkil edən ofis kompleksi (investisiya prosesi 2012-ci ilin dekabr ayında başa çatdırılıb) yer alır. Xatırladaq ki, hazırda bu investisiyanın dollar ekvivalentində dəyəri 220,0 mln. dollara bərabərdir. Belə ki, 2012-ci ildə adı çəkilən ofis kompleksi 1,61 USD/GBP məzənnəsi ilə alındığı halda, hazırda məzənnə 1,24 USD/GBP təşkil edir.

Sizin Reklam Yeriniz