Əlaqə Arxiv
news Image
2017.02.21
09:15
| A A A
İqtisadiyyatda dəyişikliklər dolları ucuzlaşdıracaq
Naiq Cəfərli: “Belə vəziyyət ölkəyə xeyli valyuta gətirilıməsinə, ümumdaxili məhsulun manat ekvivalentində həcminin artmasına kömək edir” Samir Əliyev: “ÜDM-nin artması valyuta bazarına da müsbət mənada təsir göstərəcək”

Cari ilin yanvar ayında Azərbaycanın rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb. Bu fonda il ərzində artımın daha çox olacağı gözlənilir. Tədiyyə balansında da müsbət saldo artır. Bəs, mövcud vəziyyət valyuta bazarına, xüsusən də dolların məzənnəsinə nə vəd edir? 

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, mövcud vəziyyət ölkəyə daha çox valyuta axınına gətirib çıxaracaq: “Əslində, hələlik istehsal edilmiş ümumi daxili məhsulda artımın olması tendensiyasının hara qədər davam edəcəyinə baxmaq lazımdır. Keçən ilin yanvarında əsas ixrac məhsulumuz olan neftin orta qiyməti təxminən 30 dollar civarında oldu. Bu ilin yanvarına görə isə neftin ortalama qiyməti 55 dollardan da bir qədər yuxarıdır. Belə vəziyyət ölkəyə xeyli dərəcədə valyuta gətirilıməsinə, həm də ümumdaxili məhsulun manat ekvivalentində həcminin artmasına kömək edir. Bu tendensiya davamlı gedəcək və qiymətlər sabitləşəcəksə, ümumdaxili məhsulun və valyuta gəlirlərinin artımı manatın güclənməsinə də tsir göstərə bilər. Hətta neftin qiymətində bir qədər artım da ola bilər. Bunun üçün də bir tendensiya olmalıdır. Artım tempi bir müddət davam etməlidir ki, gəlirlər artandan sonra Mərkəzi Bankda,hökumətdə arxayınlıq yaransın və manatın vəziyyətini sabit səviyyədə saxlamağa imkanlar artsın. Ona görə də ümumi daxili məhsulun həcmində artım tempi azı bir kvartal davam etməlidir ki, 3 aydan sonra həmin tendensiyanın valyuta bazarına və dolların manata nisbətən məzənnəsinə nə kimi təsirləri olduğu barədə daha dəqiq proqnozlar vermək mümkün olsun. Çünki birdən-birə qiymətlərin dəyişməsi fonunda və neftin qiymətində aşağı enmə istiqamətində dəyişiklik olarsa, bu Azərbaycanın gəlirlərinə də mənfi təsir göstərəcək. Bu da öz növbəsində manatın zəifləməsilə nəticələnə bilər”. 
İqtisdi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev ümid edir ki, ÜDM-nin artması valyuta bazarına da müsbət mənada təsir göstərəcək: “Əslində, ötən il ümumi daxili məhsulda müəyyən qədər  azalma oldu. Cari ilin bir ayının göstəricisinə görə artım cəmi 0,8 faizdir. Təbii ki, bir ay əsasında artımın valyuta bazarına, dolların məznnəsinə nə kimi təsir göstərəcəyi barədə konkret fakir söyləmək bir qədər çətindir. Yəqin ki, birinci rübün sonları ilə bağlı qiymətləndirmə aparıb prosesə daha real qiymət vermək olar. Bir qayda olaraq, ölkəmizdə ilin əvvəlində ümumdaxili məhsulun formalaşması prosesi zəif olur. Artımlar əsasən, sonrakı dövrlərdə baş verir.  İstənilən halda əsas məsələ bu artımı il ərzində qoruyub saxlamaqdan ibarətdir. 
Tədiyyə balansına gəldikdə 2015-2016-cı illər tədiyyə balansı üçün çox ağır il oldu. Bu dövrdə tədiyyə balansının kəsiri artdı. Amma kəsir Mərkəzi Bank hesabına örtüldü. Hazırda dollarlaşma bir qədər səngiyib. Ötən iki il ərzində isə bu proses sürətlə gedirdi. İndi isə proses doyma həddinə çatıb. Digər tərəfdən, idxalın azalması da kapital axınını azaldıb”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz