Əlaqə Arxiv
news Image
2017.02.22
12:20
| A A A
Azərbaycan MDB ölkələri ilə ticarət dövriyyəsini kəskin artırıb
Bu ilin yanvar ayında Birlik ölkələrinə ixrac 2,9 dəfə, idxal isə 50% artıb

Bu ilin yanvar ayında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 188 019,5 min ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 84 540,92 min dollar və ya 81,7% çoxdur.

"Movqe" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 
Hesabata əsasən, bu müddətdə həmin ölkələrə ixrac 2,9 dəfə artaraq 67 793,44 min dollar, Azərbaycana idxal isə 50% artaraq 120 226,06 min dollara çatıb. Beləliklə, Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin mənfi saldosu 4 287,46 min dollar və ya 7,6% azalaraq 52 432,62 min dollara enib. 
Qeyd edək ki, ölkə üzrə cəmi ixracın 8,43%-i, idxalın isə 26,71%-i məhz MDB ölkələri ilə həyata keçirilən əməliyyatların payına düşüb. 

Sizin Reklam Yeriniz